Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
23.02.2023 11:02 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Günəş fəallığı bir qədər artmışdır. Hesabat dövrü ərzində maksimum alışma M 5.09 olmuşdur. Günəşin səthində 6 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 100-dür. Son 3 sutka ərzində 34 CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) qeydə alınmışdır. Onlardan ikisi 172⁰ və 112⁰-lik çox böyük sektoru əhatə edir. Hesabata əsasən alışmaya bağlı CME baş vermiş və II tip radioemissiya müşahidə olunmuşdur. Ümumilikdə hesabat dövründə Yerə doğru yönələn Tac Kütlə Atılmaları müşahidə olunmamışdır. Günəş tacında 2 böyük tac dəliyi müşahidə olunur. 

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və həyəcanlaşmış səviyyədə olmuş, 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində qalmışdır.

Günəş küləyi parametrləri son sutka ərzində güclənmişdir. Günəş küləyinə müsbət qütblü CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) az da olsa təsiri hiss olunur. Küləyin sürəti Yer orbitində 580.8 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Yer orbitində zəif 6.75nT, radial istiqamətdə  isə 4.13 nT olmuşdur.

Geomaqnit sahəsi aktivləşərək G1 səviyyəli maqnit qasırğası baş vermişdir. Hal-hazırda Kp indeksi 4-dən çoxdur.

M sinifli alışma səbəbilə radiosiqnalların ötürülməsində R1 səviyyəli kəsilmə olmuşdur.

Kosmik hava proqnozu – Proqnoz günlərində (23-25 fevral) M sinif alışmanın baş verməsi ehtimalı 50%, X sinif 10% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə orta və ya aşağı səviyyədə olacağı, 3229 və 3234 oblastlarında baş vermiş alışmalara görə isə enerjisi 10 MeV-dən çox olan proton selinin artacağı (S1-10%)  gözlənilir.

23-24 fevral tarixlərində Günəş küləyinin sabit qalacağı, 25 fevralda isə mənfi qütblü CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) səbəbilə Günəş küləyinin sürətinin yenidən artacağı gözlənilir.

Geomaqnit sahədə ümumən sakit şəraitin hökm sürəcəyi proqnozlaşdırılır (Kp=2, 3). G1 və daha yüksək səviyyəli geomaqnit qasırğasının yaranması gözlənilmir.

Radiosiqnalların ötürülməsində R1-R2 səviyyəli kəsilmə ehtimalı 50%, R3 səviyyəli kəsilmə ehtimalı 10% təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025