Ekskursiyalar Saytın xəritəsi
AZEN
PR əməkdaşlarına “Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
PR əməkdaşlarına “Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib
17.02.2023 14:02 / SEMİNARLAR PR əməkdaşlarına “Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib

Fevral ayının 16-da Elm və Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyi ilə birgə təşkilatçılığı ilə “Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib.  

Təlim-seminarın keçirilməsində əsas məqsəd elmi müəssisələrin və universitetlərin sosial media hesablarının təhlili, kommunikasiyanın düzgün təşkili və digər bu kimi mövzularla bağlı bilik, bacarıqları təkmilləşdirmək, media sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaqdır. 

Təlim-seminarda nazirliyin tabeliyindəki elmi müəssisə və universitetlərin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər. 

Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində aparılan islahatlardan danışıb. Əhməd İsmayılov bildirib ki, bu islahatların əsas hissəsi cəmiyyətlə düzgün kommunikasiyanın təşkil edilməsidir.   

Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxışında qeyd edib ki, nazirliyin tabeliyindəki müəssisələrin kommunikasiyasının gücləndirilməsi əsas prioritetlərdəndir. Nazir müşaviri əlavə edib ki, ötən ilin dekabrından elm sahələrinin ehtiyaclarının müəyyənləşdirilməsi istiqamətində monitorinqlərə başlanılıb. Yaxın zamanlarda elmi müəssisələrin yeni əsasnamələrinin təsdiqi gözlənilir. 

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli də öz növbəsində bildirib ki, bu gün əsas məsələ elmin populyarlaşdırılmasıdır. İnformasiyaların daha çox fakta yönləndirilməsi, yanlış məlumatların verilməməsi olduqca vacibdir və elmin cəmiyyətdə təbliği üçün ciddi addımlar atılmalıdır. 

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev sözügedən təlim-seminarın təşkilindən məmnunluğunu ifadə edib. Rasim Əliquliyev nazirlik və ona tabe olan qurumlar arasında mövcud əlaqələrin gücləndirilməsini, kommunikasiya işinin effektiv təşkilinin vacibliyini önə çəkib, bu kimi təlimlərin əhəmiyyətli olduğunu nəzərə çatdırıb. 

Daha sonra Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Elmi müəssisə və universitetlərin sosial media hesablarının təhlili" mövzusunda təqdimatla çıxış edib. 

Təlim-seminarın davamında Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova "Media savadlılığı", "Alibayov" Kommunikasiya və Konsultinq şirkətinin rəhbəri Vəli Əlibəyov "Uğurlu kommunikasiyanın qurulması, kommunikasiya alətlərindən düzgün istifadə", təlimçilər Toğrul Ələkbərov "Effektiv təqdimat bacarıqları", Fəxri Ağayev "Şəxsi və peşəkar inkişaf", Azər Nəzərov "Təhsil müəssisələri üçün PR və kommunikasiyanın əsasları", həmçinin Təhsil TV-nin rəhbəri Rəşad Cəfərov "Təhsil TV ilə əməkdaşlıq imkanları" mövzularında çıxış edərək təcrübələrini bölüşüblər.

Təlim-seminar çərçivəsində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025