Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
09.02.2023 11:02 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Günəş fəallığı bir qədər aktivləşərək C və M sinif alışmalar qeydə alınmışdır. 7 fevralda 3213 oblastında M sinif alışmalar baş vermişdir. Son 3 sutka ərzində maksimum alışma səviyyəsi M 6.39 olmuşdur. Günəşin səthində 8 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 142-dir. Son 3 sutka ərzində 21 CME (Coronal Mass Ejections – Tac Maddə Atılmaları) qeydə alınmışdır. 3211 oblastında 07 fevral saat 21:30 UTC-də baş vermis C 5.3 sinifli alışma CME səbəb olmuşdur. Yerə doğru yönələn Tac Kütlə Atılmaları müşahidə olunmamışdır.

Enerjisi 2 MeV-dən çox olan elektron seli pik səviyyəyə çatmışdır (2,520 pfu). 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində qalmışdır. 

Hesabat dövründə Günəş küləyi parametrləri normal səviyyədə olmuşdur. Günəş küləyinin sürəti artaraq 572.5 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Yer orbitində zəif 4.96 nT, radial istiqamətdə  isə 2.26 nT olmuşdur.

Günəş küləyinin sürətinin artması mənfi qütblü CH HSS (Tac Dəliklərindən çıxan Yüksək sürətli Zərrəciklər Selinin) təsirinin hələ də davam etdiyini göstərir.

Geomaqnit sahə, son sutka ərzində bir qədər aktivləşmişdir (4 Kp).

Kosmik hava proqnozu – Proqnoz günlərində (09 - 11 fevral) Günəş fəallığının bir qədər aktivləşəcəyi gözlənilir. M sinif alışmanın baş vermə ehtimalı 55%, X sinif isə 15% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin 9-10 fevralda proqnoz dövründə yüksək səviyyədə qalacağı, 11 fevralda isə zəifləyəcəyi gözlənilir. Enerjisi 10MeV-dən çox olan proton selinin fon səviyyəsində qalacağı gözlənilir. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 1% təşkil edir.

Proqnoz dövründə CH HSS-in (Tac Dəliklərindən çıxan Yüksək sürətli Zərrəciklər Seli) təsiri zəifləsə də, son baş vermiş aktivlik və CME-lərin Geomaqnit sahəsinin aktivliyinə təsirinin bir müddət davam edəcəyi və sakitləşəcəyi proqnozlaşdırılır.

Radiosiqnaların ötürülməsində də  R1-R2 səviyyəli  kəsilmə olması ehtimalı 55%, R3-R5 səviyyəli kəsilmə olması ehtimalı isə 15% təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025