Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxana əməkdaşları Fransada ezamiyyətdə olub - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxana əməkdaşları Fransada ezamiyyətdə olub
07.02.2023 15:02 / MÜHÜM HADİSƏLƏR Rəsədxana əməkdaşları Fransada ezamiyyətdə olub

Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Qalaktikalar və ulduz əmələgəlmə prosesləri” şöbəsinin elmi işçisi Zümrüd Vidadi və “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin elmi işçisi Şəbnəm Ağayeva GRANDMA (Global Rapid Advanced Network Devoted to the Multi-messenger Addicts) Beynəlxalq layihəsi ilə əlaqədar Fransanın Paris şəhərində tədqiqat məktəbində və Nitsa şəhərində yerləşən Cote d'Azur Rəsədxanasında elmi ezamiyyətdə olub.

Əməkdaşlarımız 3-6 yanvar 2023-cü il tarixlərində Fransanın Paris şəhərində tədqiqat məktəbinə qoşulub. Daha sonra 7-31 yanvar 2023-cü il tarixlərində isə Fransa Riviera Rəsədxanasında (Observatoire de la côte d’Azur) və Côte d’Azur Universitetində elmi tədqiqatda iştirak ediblər.

Səfərin əsas məqsədi GRANDMA və Observatoire de la côte d’Azur ilə tədqiqat əməkdaşlığı üçün "LIGO-Virgo"nun növbəti müşahidə kompaniyasına hazırlaşmaq və GRANDMA üzvləri arasında tədqiqat metodu üzrə təlim keçmək olub. Təcrübə proqramında ən müasir proqramların tədrisi həyata keçirilib. Müşahidə materiallarını işləmək və müxtəlif hesablamalar aparmaq üçün "STDpipe" adlanan əməliyyat üzərindən "Python"da hesablamalar aparılıb. Alınan hesablamalar növbəti nəşr olunacaq məqalənin tərtibi üçün toplanıb.

Həmin müddətdə əməkdaşlarımız qamma-şüa alışması kampaniyasının fotometrik və spektroskopik məlumatların çevrilməsi ilə bağlı növbəti məqalə üzərində işləyiblər. Məqalə son 50 ilin ən parlaq qamma-şüa alışması olan GRB 221009A alışmasının GRANDMA və KNC müşahidələri və onların nəticələri haqqındadır.

Əməkdaşlarımız eyni zamanda Côte d’Azur Universitetində "Remote control" - uzaqdan idarəetmə sistemi vasitəsilə Calern Rəsədxanasının müşahidələrində iştirak ediblər. "Remote control" sistemini mənimsəyən əməkdaşlarımız bu sayədə Omicron-C2PU teleskopuna uzaqdan bağlanaraq, müxtəlif obyektlərin "Remote observation" - uzaqdan fotometrik müşahidəsini aparıb.

Qeyd edək ki, GRANDMA həm fotometrik, həm də spektroskopik qurğulara malik teleskoplardan ibarət Beynəlxalq şəbəkədir. Şəbəkə tranzient (keçici) hadisələrin təqibini artırmaq və ilkin aşkarlama ilə optik təsdiqləmə arasındakı gecikməni azaltmaq üçün səmanın astronomik müşahidələrini əlaqələndirmək məqsədi daşıyır. GRANDMA proqramı əsasən LIGO və Virgo dedektorlarının dördüncü müşahidə kampaniyası zamanı elektromaqnit analoqunu tapmaq və xarakterizə etmək üçün qravitasiya dalğası siqnallarının təqibinə diqqət yetirir. Həmçinin neytrinolar və ya qamma-şüa partlamaları ilə bağlı istənilən tranzient xəbərdarlıqları, hətta fəza lokalizasiyası zəif olanları da izləməyə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 
Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025