Yanvar ayının 12-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib.
Tədbiri ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.
Yaş kriteriyası ilə bağlı tələbə uyğun olaraq şuranın idarə heyətinin yenidən formalaşdırılması üçün seçkilər keçirilib. Seçkinin nəticəsinə əsasən Səbahəddin Alışov idarə heyyətinin yeni üzvü seçilib.
Sonra Aynurə Həsənova GAMŞ-ın 2023-cü il üçün fəaliyyət planını şura üzvlərinə təqdim edib və nəzərdə tutulan punktlarla bağlı detalları diqqətə çatdırıb.
Fəaliyyət planı ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrin yekununda GAMŞ-ın 2023-cü il üçün fəaliyyət planı yekdilliklə qəbul olunub.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.