NASA mühəndisləri “Hubble” kosmik teleskopunu əvəz edəcək nəhəng kosmik teleskopun yığılmasını tamamlayıblar.
2018-ci ilin oktyabr ayında kosmosa buraxılışı planlaşdırılan “James Webb” Orbital İnfraqırmızı Rəsədxanası (JWST) hazırda final test sınaqlarından keçirilir.
NASA-nın 2-ci rəhbərinin (1961-1968) adını daşıyan JWST teleskopu Yer-Günəş sisteminin L2 Laqranj nöqtəsi ətrafında halo orbitində hərəkət edəcək.
Avropa Kosmik İttifaqına məxsus olan "Ariane-5" daşıyıcı raketin köməyi ilə Fransız Qvianasının kosmodromundan buraxılışı nəzərdə tutulan “James Webb” teleskopunun əsas xüsusiyyəti onun güzgüsünün seqmentlərdən ibarət olmasıdır.
Teleskopun diametri 6,5 metrə bərabər olan əsas güzgüsü 18 bölmədən ibarətdir və əsas güzgünün sahəsi “Hubble” teleskopuna nisbətdə yeddi dəfə böyükdür. jwst.nasa.gov saytının məlumatına görə bu layihə ilə əlaqədar çəkilən xərclər 10 milyard dolları əhatə edəcək.
JWST teleskopu kainatın yaranmasından sonra ilk formalaşmış ulduzların işıqlarının tapılması üçün kifayət qədər həssaslığa malik olacaq. Onun vasitəsi ilə astronomlar həm də digər ulduz orbitlərində ekzoplanetlərin kimyəvi tərkibini təyin edə biləcəklər.
“James Webb” teleskopunun əsas məqsədləri Böyük Partlayışdan (Big Bang) sonra yaranmış ilkin qalaktika və ulduzların işıqlarının alınması, onların formalaşması və inkişafı, planet sistemlərinin yaranması və həyatın mənşəyinin öyrənilməsidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.