Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxana əməkdaşı beynəlxalq forumda iştirak edib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxana əməkdaşı beynəlxalq forumda iştirak edib
22.12.2022 12:12 / MÜHÜM HADİSƏLƏR Rəsədxana əməkdaşı beynəlxalq forumda iştirak edib

18-21 dekabr tarixlərində Rusiyanın Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin Gənc Tədqiqatçılarının forumu keçirilib. Müxtəlif ölkələrdən çoxsaylı gənc tədqiqatçıların qatıldığı bu forumda Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından (ŞAR) “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin kiçik elmi işçisi, ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının məsul katibi Rəhimli Samirə Rasim qızı iştirak edib. Samirə Rəhimli forumda “NGC 3516 Seyfert qalaktikasının 2017-2021-ci illər ərzindəki fotometrik müşahidəsi” adlı məruzə ilə çıxış edib.

Məruzəçi NGC 3516 Seyfert qalaktikasının parlaqlığının dəyişməsinin təyini məqsədilə 2017-2021-ci illərdə həyata keçirilən fotometrik nəticələrə əsasən aparılan tədqiqat işini təqdim edib. S.Rəhimli qeyd edib ki, müşahidələr AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Zeiss 600 teleskopunda aparılmışdır. Müşahidələrdə BVRcİc süzgəclərindən istifadə olunmuş, alınan materiallar MAXİM DL 4 və MAXİM DL5 proqram paketlərinin köməyilə işlənmişdir.

Aparılan müşahidələrin nəticələri 2017-2021-ci illərdə həyata keçirilən spektral müşahidələrlə üst-üstə düşmüşdür. O cümlədən, fotometrik müşahidələrin nəticəsinə əsasən göstərilmişdir ki, NGC 3516 qalaktikasında 2017-2021 müşahidə periodunda aktiv fiziki proseslər baş verir. Parlaqlıq dəyişkənliyi qalaktikanın nüvəsinə yığılma sürətinin dəyişkənliyi ilə izah edilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025