17 noyabr 2022-ci ildə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib. İclasda gənc alimlərin 2022-ci ilin yekunlarına dair elmi və elmi-ictimai hesabatları dinlənilib.
İclasa sədrlik edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova tədbir iştirakçılarını salamlayaraq iclasın gündəliyini səsləndirib.
Sonra ilk öncə şura üzvləri, daha sonra isə idarə heyəti üzvləri hesabat nitqi ilə çıxış edib. Hər çıxışçının nitqinin yekununda, səsləndirilən fikirlər, qeyd olunan fəaliyyətlər ətrafinda fikir mübadiləsi aparılıb.
Ümumilikdə gənc alimlərin hesabatları məqbul hesab edilib, bildirilib ki, ŞAR GAMŞ cari il üçün qəbul olunmuş illik plana uyğun fəaliyyətini uğurla tamamlayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.