Sentyabrın 30-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elmi Şuranın növbəti iclası keçirilib.
Tədbiri elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.
İlk olaraq iclasda 2022/23-cü tədris ilində ŞAR magistraturasına qəbul olmuş gənc tədqiqatçılara rəsədxananın yaranma tarixi, astronomiya və asrofizika sahəsində böyük nailiyyətləri olan görkəmli elm xadimləri haqqında məlumat verilib. ŞAR-da aparılan elmi tədqiqatlarda aparıcı alimlərlə yanaşı, gənclərin də iştirakını xüsusi vurğulanıb.
Sonra magistrantların elmi rəhbərləri, mövzuları, o cümlədən 2022/23-cü il üçün tədris planı müzakirəyə çıxarılaraq təsdiq olunub.
Daha sonra ŞAR-ın Çex Respublikasında elmi ezamiyyətdən qayıdan əməkdaşı - "Qoşa ulduzlar və eruptiv proseslər" şöbəsinin müdiri a.f.d. Səbinə Məmmədovanın hesabat çıxışı dinlənilib və qəbul edilib.
Sonda bir sıra cari məsələlər müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.