Ekskursiyalar Saytın xəritəsi
AZEN
27 Sentyabr Anım Günü - Zəfərin başlanğıcı - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
27 Sentyabr Anım Günü - Zəfərin başlanğıcı
27.09.2022 12:09 / MÜHÜM HADİSƏLƏR 27 Sentyabr Anım Günü - Zəfərin başlanğıcı

2020-ci ilin sonlarında erməni qəsbkarları tərəfindən 30 ilə yaxın müddətdə işğala məruz qalan torpaqlarımız qəhrəman şəhidlərimiz, peşəkar zabitlərimiz və igid əsgərlərimizin qanı bahasına azad olundu. Elan edilmiş atəşkəsə, beynəlxalq təşkilatların ölkəmizin ərazi bütövlüyü ilə bağlı haqlı qətnamələrinə  baxmayaraq Ermənistan bu illər ərzində müxtəlif təxribatlar həyata keçirməkdən də çəkinmədi. Həmin dövrdə bu qəbil  növbəti hərbi təcavüzə cavab olaraq Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri işğal altındakı torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. 44 günlük haqq savaşımız haqqında həm beynəlxalq, həm də yerli mütəxəssislər eləcə də KİV tərəfindən səsləndirilən biri-birindən maraqlı fikirlər, faktlar dünyanın diqqətini cəlb etməklə yanaşı Azərbaycan xalqının mübarizliyini,  yenilməzliyini  ehtiva etdi.

Bu il ikinci dəfədir ki, möhtəşəm qələbə ilə nəticələnən Vətən müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirmək məqsədilə dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərancamla 27 sentyabr tarixi Azərbaycanda “Anım Günü” kimi qeyd edilir. Haqq savaşında qazanılan qələbənin təfərrüatlarını, ən maraqlı məqamları təbliğ etmək, həmçinin şəhidlik zirvəsinə ucalan oğullarımızı tanıtmaq və ehtiramla anmaq məqsədilə müharibənin canlı şahidləri olan qazilərin və şəhid ailələrinin iştirakı ilə silsilə tədbirlər keçirilir.

Günahsız mülki insanları hədəfə almaqla dəfələrlə müharibə cinayətləri törətmiş mənfur düşmənin riyakarlığı, həmişə olduğu kimi sözünə və imzasına sahib çıxmayan rəhbərlərinin yanlış siyasətinin, sahib olmadığı torpaqlara əsassız iddiasından əl çəkməməsi səbəbindən ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəsi bu gün də davam etməkdədir. Yenə də Müzəffər Azərbaycan Ordusunun siyasi və hərbi arenada üstünlüyü qarşısında aciz qalan düşmən təxribatlara əl ataraq, beynəlxalq hüquq normalarını pozur. Lakin bütün bunlara baxmayaraq hazırda bir tərəfdən cəbhə bölgəsində düşmənin təxribatlarına layiqli cavablar verilir, digər tərəfdən isə azad olunmuş torpaqlarımızda iqtisadi irəliləyişə və mədəni həyatın bərpasına hesablanmış infrastruktur layihələr həyata keçirilir. Artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılmaqdadır.

Təəssüflə qeyd etməliyik ki, bu yaxınlarda daha dəqiq desək sentyabrın 12-dən 13-nə keçən gecə düşmənin daha bir təxribatını dəf edərkən şəhid olan oğullarımıza və yaralanan qazilərimizə həm dövlət səviyyəsində, həm də qədirbilən xalqımız tərəfindən diqqət və qayğı göstərilməkdədir. Üçrəngli azadlıq libasına bürünmüş qəhrəman şəhidlərimizi qarşılayarkən ürəyi qan ağlasa da, qürurla “Vətən sağ olsun”– deyən şəhid valideynləri 44 günlük savaşda misilsiz həmrəylik nümayiş etdirməsi ilə yadda qalan xalqımızın əzizinə, doğmasına çevrilib.

Bu gün böyükdən-kiçiyə hər kəs, o cümlədən elm və təhsil müəssisələrinin nümayəndələri, eləcə də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının kollektivi and yerimiz olan müqəddəs məbədə üz tutaraq Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025