Ekskursiyalar Saytın xəritəsi
AZEN
Ölən ulduzların qalığı nanoborular şəklində ulduzlararası mühitə yayılır - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Ölən ulduzların qalığı nanoborular şəklində ulduzlararası mühitə yayılır
29.07.2022 14:07 / ASTRO XƏBƏRLƏR Ölən ulduzların qalığı nanoborular şəklində ulduzlararası mühitə yayılır

Ulduzlararası mühitdə mürəkkəb karbon molekullarının kəşfi hələ ötən əsrin sonlarından astronomların diqqət mərkəzindədir. Alimlər bu molekulların kosmosda necə əmələ gələ biləcəyini anlamaqda çətinlik çəkirdilər. 

Arizona Universitetinin tədqiqatçıları mürəkkəb molekullarla bağlı suallara aydınlıq gətirmək üçün Spiroqraf Dumanlığı kimi tanınan IC 418 planetar dumanlığını tədqiq ediblər. Elmi-tədqiqat qrupu planetar dumanlığın ətrafındakı mühiti modelləşdirərək təcrübələr aparıb və belə nəticəyə gəliblər ki, ölməkdə olan ulduzların ətrafında yaranan örtükdə silisium karbid tozu temperatur zərbə dalğalarına və yüksək enerjili hissəciklərin təsirinə məruz qalaraq silisium səthdən “yuyulur”. Nəticədə ancaq karbon nanoborular formasında atomlar qalır. Tədqiqatçıların fikrincə ölməkdə olan ulduzların ətrafında daha mürəkkəb karbon strukturlarının əmələ gəlməsi mümkündür. Bu isə astrobiologiya və planetlərdə həyatın yaranması üçün vacib amillərdən biridir.

Fullerin memarlıq əsərlərinə bənzərliyinə görə adlandırılan fullerenlər ulduzlararası mühitdə  meydana gəldiyi bilinən ən böyük molekullardır və onilliklər ərzində  hesab olunurdu ki, 10-dan çox atoma malik fullerenlər mövcud deyil.  İndi isə müəyyən edilmişdir ki, müvafiq olaraq 60 və ya 70 karbon atomu olan fullerenlər  -  C 60  və  C 70  (Buckminsterfullerene və ya buckyballs) ulduzlararası mühitin ümumi tərkib hissəsidir.

Təqdiqat işi üçün Arizona Universitetində Koyper materiallarının vizuallaşdırılması mərkəzində yerləşdirilmiş elektron ötürücü mikroskopdan istifadə olunmuşdur. O, planetar dumanlıq mühitini modelləşdirmək üçün unikal cihazdır. Mikroskop  10-12 m (su molekulunda 2 hidrogen atomu arasındakı məsafə) ölçüdə tədqiqat aparmağa imkan verir.

Arizona Universitetinin Ay və planetlər laboratoriyasının professoru Tom Zeqin sözlərinə görə indi əsas məsələlərdən biri meteriodlərin tərkibində nanoboruların aşkar olunmasıdır. Meteoridlər nanoborular ölçüsündə bir çox elementlərin kombinasiyasından təşkil olunduqlarına görə bu o qədər də asan deyil.

2020-ci ildə  NASA-nın OSIRIS-REx  missiyası zamanı  Bennu  karbon tərkibli asteroidindən nümunələr götürülmüşdür. Komanda 2023-cü ildə gəlib çatacaq nümünələri səbirsizliklə gözləyir və ümid edirlər ki, həmin nümünələrdə karnon nanoborularını tapacaqlar.

Qeyd edək ki, tədqiqat işi The Journal of Physical Chemistry A çap olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025