Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxanada Böyük Elm Festivalı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxanada Böyük Elm Festivalı keçirilib
28.07.2022 14:07 / RƏSƏDXANA XƏBƏRLƏRİ Rəsədxanada Böyük Elm Festivalı keçirilib

23-24 iyul 2022-ci il tarixində Azərbaycanda füsunkar təbiəti seçilən Pirquluda – AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR), düşərgə şəraitində “Geoclub” elmi platforması tərəfindən “Tusi-Bohm Planetarium”, “İND Consulting” və “Yaşıl Elm”-in təşkilati dəstəyi ilə “Yerin dərinliyindən Kosmosun sonsuzluğuna” adlı Böyük Elm Festivalı (BEF) keçirilib.

Festival iştirakçıları düşərgə müddətində Şamaxı Astrofizika Rəsədxanası ilə tanış olub, rəsədxananın konfrans zalında spikerlərin çıxışları dinlənilib. Sonra Gənclər Pirqulu meşəsinin yaxınlığında, əvvəlcədən hazırlanmış düşərgə ərazisindəki elmi stendlərlə tanış olublar. Axşam isə açıq səma altında, ocaq başında elmi müzakirələr aparılıb.

İlk olaraq festival iştirakçılarına Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar və ulduz əmələgəlmə prosesləri” şöbəsinin elmi işçisi, Səbahəddin Alışov tərəfindən rəsədxananın tarixi və orada görülən işlər barədə məlumatlar verilib, iştirakçılar teleskoplarla tanış edilib. Festival iştirakçıları eyni zamanda bir çox elm sahələrinə aid (geologiya, kimya, fizika, astronomiya, mühəndislik, kitabxana və s.) stendlərlə tanış olub, hər stendin yanında isə həmin elm sahələrinin mütəxəssisləri iştirakçıları məlumatlandırıblar.
Stendlər ətrafında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müəllimi, ADNSU-da olan “Mineralogiya” muzeyinin direktoru, dosent Ağayev Ağamehdi festival iştirakçılarını bəzi qiymətli və nadir minerallarla, onların spesifik xüsusiyyətləri ilə tanış edib. Həmçinin, “Hədəf Steam Muzeyi”nin rəhbəri Elçin Abbasov, Hədəf  STEAM Liseyinin müəllimi Məhəmməd Məmmədov elmi stend ətrafında Tesla bobini, Arximed qurğusu, Rezonans, Şpris, Fənər və kley, Maqnit və mis boru, Optik dəst və s., qurğular ilə iştirakçılara praktiki işlər göstəriblər. “Yaşıl Elm” elmi platformasının tərcümə etdiyi kitablardan ibarət stendə isə həmin elmi platformanın idarə heyətindən olan Üzeyir Ağazadə festival iştirakçılarını həmin kitablarla tanış edib.

Rəsədxananın konfrans zalında təşkil edilmiş seminar zamanı, ADNSU müəllimi, Yer elmləri üzrə doktorant, Geoloq Allahverdi Tağıyev tədbirin açılışını etmiş və "Planetimizin yaranması və onun geoloji inkişafı" mövzusunda geniş söhbətlər aparmışdır. Daha sonra söz, Cambridge Universitetinin professoru, ADNSU-nun dosenti, geologiya-minerologiya elmlər namizədi Ağamehdi Ağayevə verilmişdir. Ağamehdi müəllim "Planetimizdə rast gəlinən daşların "möcüzələri"" mövzusunda çıxış edib. Yerin dərinliyindən Kosmosun sonsuzluğuna doğru davam edən səyahətimizdə növbəti çıxış Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi, astrofizik alim f.r.ü.f.d, dosent Ədalət Ətayi, "Yer kürəsi və Kosmos" mövzusunda maraqlı çıxış edib. Daha sonra, Atlantic İnternational Universitetinin doktorantı, Scorpion Brand-in təsisçi və direktoru və Hyundai Auto Azerbaijan-ın texniki məsləhətçisi Mehman Ələkbərov "İnsan, texnologiya və kosmos" mövzusunda çıxış edib. Sonra isə söz, tədqiqatçı Faiq Nəsibova verilmişdir. F.Nəsibov isə öz növbəsində "Qız qalasının kosmik fenomenlərlə əlaqəli sirləri" mövzusunda çıxış edib. Sonda isə iştirakçılar spikerlərə suallar ünvanlayıb və seminar başa çatıb.

Düşərgə şəraitində təşkil olunmuş elm festivalında, həmçinin, bir çox intellektual oyunlar təşkil edilib, qaliblər maraqlı hədiyyələrlə mükafatlandırılıb. Bundan əlavə, açıq səma altında sənədli filmlər nümayiş edilib və ocaq ətrafında elmi müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025