Ekskursiyalar Saytın xəritəsi
AZEN
Sabah planetlər paradı olacaq - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Sabah planetlər paradı olacaq
23.06.2022 17:06 / ASTRO XƏBƏRLƏR Sabah planetlər paradı olacaq

24 iyun 2022-ci il tarixində Günəş sisteminin  5 planeti - Merkuri, Venera, Mars, Yupiter və Saturn Günəşdən eyni istiqamətdə bir düz xətt boyunca sıraya düzüləcək. “Planetlərin paradı” adlanan bu düzülüş olduqca maraqlı və bir o qədər də valehedici astronomik hadisədir. Bu fenomen ay sonuna qədər sübhdən əvvəlki səmanı bəzəyəcək, lakin bu həftə ərzində daha yaxşı müşahidə ediləcək.  İyun ayının 24-də yerin peyki Ay da bu düzülüşə daxil olacaq, lakin ayının 25-də düzülüşdən çıxacaq. 

Bu fenomeni müşahidə etmək üçün Şimal yarımkürəsindən şərq və cənub-şərq istiqamətində, cənub yarımkürəsində isə şərq və şimal-şərq istiqamətində üfüqə baxmaq lazımdır. Planetlər paradı teleskop və ya hər hansı müşahidə cihazı olmadan belə hətta böyük şəhərlərin çirkli atmosferindən görünə biləcək qədər parlaq olacaq. 

Qeyd edək ki, “Planetlər paradı” Günəş sistemində iki formada olur: Kiçik planetlərin paradı - bu hadisə Günəş sistemindəki kiçik planetlərin, yəni Merkuri, Venera, Yer və Marsın iştirakı ilə baş verir; Böyük planetlərin paradı - bu hadisə isə Uran, Saturn, Yupiter, Neptunun iştirakı ilə yaşanır. Lakin bəzən bu planetlərin hamısı bir düz xətt boyunca düzülür ki, bu, “Planetlərin əsl paradı” adlanır”. 

Nəzərinizə çatdırırıq ki, Günəş sistemindəki bütün planetlərin ümumi kütləsi Günəşin kütləsinin bir faizini təşkil edir. Yəni bu planetlərin heç birinin Günəşə təsir qüvvəsi yoxdur. Bu astronomik hadisə zamanı Günəşin özündə və planetlərdə qabarma qüvvəsi yarana bilər. Hansı ki, bu zaman Günəşdə baş verən partlayışlarda artım və ya güclənmə müşahidə olunması mümkündür. Digər bir tərəfdən isə planetlərin özündə tektonik fəaliyyətlər yaşana bilər. Bununla belə, “Planetlərin paradı”nın bizim planetimiz və üzərindəki canlılara heç bir mənfi təsiri olmayacaq.

Sonuncu dəfə bu nadir astronomik hadisə - Planetlərin əsl paradı 10 mart 1982-ci ildə baş vermişdi ki, həmin vaxt Günəş sistemindəki bütün planetlər Günəşdən eyni tərəfdə, 95 dərəcə bucaqlı sektorda toplaşıblar. Növbəti bütöv planetlər paradının 2161 və 2492-ci ildə olacağı proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025