Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxana əməkdaşları Fransada ezamiyyətdədir - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxana əməkdaşları Fransada ezamiyyətdədir
17.06.2022 11:06 / MÜHÜM HADİSƏLƏR Rəsədxana əməkdaşları Fransada ezamiyyətdədir

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Qalaktikalar və ulduz əmələgəlmə prosesləri” şöbəsinin kiçik elmi işçisi Zümrüd Vidadi və “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin kiçik elmi işçisi Şəbnəm Ağayeva GRANDMA (Global Rapid Advanced Network Devoted to the Multi-messenger Addicts) Beynəlxalq layihəsi ilə əlaqədar Fransanın Nitse (Nice) şəhərində yerləşən Cote D'Azur Rəsədxanasında elmi ezamiyyətdədir.

İyun ayında GRANDMA layihəsi çərçivəsində 4-cü Beynəlxalq konfrans keçirilib. Tədbirdə iştirak edən rəsədxana əməkdaşları konfransda məruzə ilə çıxış ediblər. Şəbnəm Ağayeva "Tutulan qoşa ulduzlar sistemi və Volf-Raye tipli ulduzlar", Zümrüd Vidadi isə "ŞAR müşahidələri. T Buğa tipli ulduzlar və fotometriya üsulları" mövzusunda məruzə edib.

ŞAR əməkdaşları hal-hazırda həmin rəsədxanada 3 həftə ərzində davam edəcək təcrübə proqramında iştirak edirlər. Təcrübə proqramında ən müasir proqramların tədrisi həyata keçilir. Müşahidə materiallarını işləmək və müxtəlif hesablamalar aparmaq üçün "STDpipe" adlanan əməliyyat üzərindən "Python"da hesablamalar aparılır. Alınan hesablamalar MNRAS (Monthly Notices of the Royal Astronomical Society) jurnalında nəşr olunacaq məqalənin tərtibi üçün toplanılır. Eyni zamanda həmin məqalənin bir hissəsinin tərtib olunması da əməkdaşlarımız tərəfindən yerinə yetirilir. 

Qeyd edək ki, GRANDMA (Global Rapid Advanced Network Devoted to the Multi-messenger Addicts) həm fotometrik, həm də spektroskopik qurğulara malik teleskoplardan ibarət Beynəlxalq şəbəkədir. Şəbəkə tranzient (keçici) hadisələrin təqibini artırmaq və ilkin aşkarlama ilə optik təsdiqləmə arasındakı gecikməni azaltmaq üçün səmanın astronomik müşahidələrini əlaqələndirmək məqsədi daşıyır. GRANDMA proqramı əsasən LİGO və Virgo dedektorlarının üçüncü müşahidə kampaniyası zamanı elektromaqnit analoqunu tapmaq və xarakterizə etmək üçün qravitasiya dalğası siqnallarının təqibinə diqqət yetirir. Həmçinin neytrinolar və ya qamma-şüa partlamaları ilə bağlı istənilən tranzient xəbərdarlıqları, hətta fəza lokalizasiyası zəif olanları da izləməyə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025