AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) elmi-tədqiqat işlərini başa çatdırmış II kurs magistrantının dissertasiyasının ilkin müzakirəsi keçirilib. "Zoom" platforması üzərindən təşkil edilən seminarda ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, magistrantın elmi-tədqiqat işini apardığı şöbə müdiri və elmi rəhbəri, o cümlədən bir sıra ixtisasçılar da iştirak edib.
Seminara rəhbərlik edən Namiq Cəlilov tədbiri açaraq məruzənin mövzusu barədə seminar iştirakçılarına məlumat verib.
Daha sonra ŞAR magistrantı Aytac İskəndərova "Volf-Raye tipli HD191765 ulduzunun fotometrik dəyişkənliyi" mövzusunda dissertasiya işi haqqında təqdimatla çıxış edib.
Magistrantın məruzəsi ətrafında geniş müzakirə aparılıb və müvafiq tövsiyələr verilərək əsas müdafiəyə təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.