Ekskursiyalar Saytın xəritəsi
AZEN
Növbəti beynəlxalq astroseminar keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Növbəti beynəlxalq astroseminar keçirilib
08.11.2017 13:11 / ASTRO SEMİNARLAR Növbəti beynəlxalq astroseminar keçirilib

Noyabrın 8-də AMEA-nın Əsas binasında N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) təşkilatçılığı ilə növbəti beynəlxalq astroseminar keçirilib.

Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov seminarın "Müasir fundamental elm: yeni kəşflər və perspektivlər" mövzusuna həsr olunduğunu bildirib. O, tədbirdə mövzu ilə bağlı çıxış edəcək Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Fundamental Elmlər Tədqiqat İnstitutunun professoru, Dr. Əlikram Əliyevin elmi fəaliyyətindən söz açıb, onun bu sahədə dünyada tanınan alimlərdən olduğunu diqqətə çatdırıb.

Sonra professor Əlikram Əliyev məruzəsini mərhum astronom alim, akademik Hacıbəy Sultanova həsr etdiyini qeyd edərək fundamental elmlərin mahiyyəti, tətbiq sahələri, həmçinin dünyanı dəyişdirən kəşflər barədə məlumat verib. Qeyd edib ki, fundamental elmlər nəzəri və riyazi metodlar, həmçinin müşahidələr və təcrübələrlə kainatın sirlərini ortaya çıxarır. Alim bu elmin əsas hərəkətverici qüvvəsinin intellektual maraq olduğunu və ilk dəfə Şərq alimləri tərəfindən formalaşdırıldığını diqqətə çatdırıb.

Professor X-şüalarının (Rentgen), elektronların, həmçinin telomeraza fermentinin kəşfinin, o cümlədən türkiyəli alim Əziz Sancar tərəfindən molekulyar səviyyədə hüceyrələrin zərər dəymiş DNK-ları bərpa etməsi və genetik informasiyanı saxlaması sxeminin hazırlanmasının və digər ixtiraların dünyanı, eləcə də insanların həyatını tamamilə dəyişdirdiyini vurğulayıb. O, sözügedən kəşflərin zərurətdən yox, məhz kainatın sirlərini öyrənməyə çalışan alimlərin intellektual düşüncələri sayəsində ortaya çıxdığını və gündəlik həyatda tətbiqdən sonra insanların həyatını asanlaşdırdığını bildirib.

Ə.Əliyev fundamental elmlərin bu gün də təbiət, kaninatla bağlı araşdırmalara davam etdiyini, son 5 ildə bu sahədə mühüm nailiyyətlərin əldə olunduğunu söyləyib. Məruzəçi, həmçinin Kvant mexanikası, böyük adron sürətləndiricisi (CERN - LHC), Avropanın Planck müşahidəçi peyki, o cümlədən ABŞ-ın LİGO Rəsədxanası barədə də danışıb.

Çıxışının sonunda alim fundamental elmlər istiqamətində tədqiqatlar aparmaq istəyən azərbaycanlı gənclərə rəhbərlik etdiyi qurumda hər cür köməklik göstərəcəyini bildirib.

Sonda məruzə ətrafında suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025