8 aprel 2022-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elmi Şuranın növbəti iclası keçirilib.
Tədbiri elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.
İclasda ilk olaraq, ŞAR-ın elmi işçiləri olan Aynurə Abdulkərimovanın Çexiya Respublikasının Ondrejev Astronomiya İnstitutuna, Günay Hacıyevanın isə Estoniya Respublikasının Tartu Universitetinin nəzdindəki Tartu Rəsədxanasına ezamiyyəti ilə bağlı aidiyyati şəxslərin çıxışları dinlənilib və müvafiq qərarlar qəbul edilib.
Daha sonra rəsədxanada vakant şöbə müdiri vəzifələrinə seçkilər keçirilib və səsvermənin nəticələrinə uyğun olaraq f.r.f.d., dosent Bala Əli Rəcəbov "Nəzəri Astrofizika və kosmologiya" şöbəsinin, a.f.d., dosent Səbinə Məmmədova isə "Qoşa ulduzlar və eruptiv proseslər" şöbəsinin müdiri seçilib.
Sonda cari məsələlər müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.