Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib
07.04.2022 09:04 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

Aprelin 6-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti onlayn astroseminar keçirilib.

Seminara rəhbərlik edən fizika riyaziyyat üzrə elmlər doktoru, professor Nəriman İsmayılov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasının "Səma cisimlərinin fotometriyası" şöbəsinin elmi işçisi Ülvü Vəliyev "WTTS ulduzlarında ulduzətrafı diskin təkamül xüsusiyyətləri" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda statistik əhəmiyyətli sayda Günəş kütləli cavan ulduzların alt qrupu sayılan WTTS ulduzlarının spectral enerji paylanma (SEP) əyrilərinin təhlil nəticələrindən danışıb. O, qeyd edib ki, proqrama seçilmiş 45 WTTS ulduzla yanaşı müqayisə üçün 3 klassik T Buğa ulduzu (CTTS) və standart ulduzlar da əlavə olunmuşdur. SEP əyriləri yerüstü və kosmik rəsədxanalar tərəfindən alınmış enlizolaqlı fotometrik ölçmələr əsasında 0.36-100 μm dalğa uzunluğu intervalında qurulmuşdur.

İşdə göstərilib ki, alınan SEP əyriləri İQ şüalanma artıqlığının xarakterinə görə iki qrupa bölünür. I qrup ulduzlar yalnız λ≥12 mkm intervalında, II qrup ulduzlar isə həm də əlavə olaraq 2μm<λ<12μm intervalında İQ şüalanma artıqlığı göstərir. Ulduzların 24%-də ultrabənövşəyi şüalanma artıqlığı müşahidə olunmuşdur və belə ulduzların əksəriyyəti II qrupa aiddir. Bu fakta əsasən məlum olmuşdur ki, WTTS ulduzlarının bir qismi disk akkresiyası əlamətləri göstərir.

Proqram ulduzlarının fiziki parametrləri, şüalanma artıqlığı parametrləri, kütlə və yaşları təyin edilərək ki, I qrup ulduzların yaşının II qrup ulduzlarınkına nisbətən bir tərtib çox olduğu müəyyən edilmişdir.

Məruzə seminar iştirakçıların marağına səbəb olub, mövzu ətrafında diskussiya aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025