Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxana əməkdaşları Qubada elmi-populyar seminar təşkil edib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxana əməkdaşları Qubada elmi-populyar seminar təşkil edib
01.04.2022 10:04 / SEMİNARLAR Rəsədxana əməkdaşları Qubada elmi-populyar seminar təşkil edib

31 mart 2022-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və Quba Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Quba şəhərində yerləşən şəhid Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə "Astro-Elm" adlı elmi-populyar seminar keçirilib.

Seminar 31 mart soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanıb.

Sonra Quba Rayon Təhsil Şöbəsinin əməkdaşı Ramin Mahmudov tədbiri giriş sözü ilə açaraq seminar iştirakçılarını salamlayıb və çıxış üçün sözü Mehrab Niftəliyev adına Texniki təmayüllü liseyin direktoru Gülzar Əyyubovaya verib.

Gülzar Əyyubova da öz növbəsində tədbir iştirakçılarını salamlayıb və elmin təbliği və təşviqi üçün bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb. Çıxışına Mart Soyqırımı ilə bağlı nitqlə davam edən G.Əyyubova qeyd edib ki, 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə şüarı altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı həyata keçirilib.

Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Natiq vurğulayıb ki, 1918-ci ilin mart-aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib, minlərlə dinc Quba sakini qətlə yetirilib.

Daha sonra çıxış üçün söz rəsədxananın "İnformasiya təminatı və ictimaiyyətlə əlaqələr" şöbəsinin müdiri Orxan Salehliyə verilib. O.Salehli çıxış zamanı 31 mart tarixinin məhz “Azərbaycanlıların Soyqırımı Günü” kimi anılmasının tarixindən danışıb. O, bildirib ki, 1918-ci ildə dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olub. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra həmin proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Orxan Salehli çıxışını Ümummilli lider Heydər Əliyevin 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü haqqında olan nitqi ilə yekunlaşdırıb: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Tədbirin açılış hissəsinin sonunda rəsədxananın Elmi Kitabaxansının müdiri Lalə Səlimzadə “31 mart soyqırımı barədə tarixi məlumatlar” mövzusunda geniş məruzə ilə çıxış edib. Lalə Səlimzadə soyqırımla bağlı video-çarxın müşaiyəti ilə həmin hadisələr zamanı dağıdılmış memarlıq abidələrindən danışıb.

Açılış hissəsindən sonra elmi-ssesiyaya keçid edilib. Elmi-ssesiyada ilk olaraq ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova “Astronomiyanın aktuallığı, prioritet tədqiqat sahələri” mövzusunda çıxış edib. O, ilk öncə şagirdlərə astronomiyanın tarixi və günümüzə qədər keçdiyi inkişaf yolundan danışıb, sonra isə Astronomiya elminin hansı problemlərin həlli işə məşğul olduğunu şərh edib.

Daha sonra isə ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin əməkdaşı Aytac İskəndərova və “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin doktorantı Cənnət Səmədov, müvafiq olaraq “Dünəndən bu günə Azərbaycanda Astronomiya” və “Göy cisimlərinin yaranması və inkişafı” mövusunda məruzələrini seminar iştirakçılarına təqdim ediblər. 

İnteraktiv formada təşkil olunan elmi-sessiyada şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Seminardan sonra rəsədxana kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025