Ekskursiyalar Saytın xəritəsi
AZEN
"Elm Günü"nə həsr olunmuş silsilə seminarlar keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
"Elm Günü"nə həsr olunmuş silsilə seminarlar keçirilib
18.03.2022 16:03 / SEMİNARLAR "Elm Günü"nə həsr olunmuş silsilə seminarlar keçirilib

Qədim tarixə malik Azərbaycan elmi bu gün ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilib. Dövlətçilik maraqları əsasında inkişaf etdirilən elm ölkəmizin işıqlı gələcəyinə rəvac verir.

9 aprel 2018-ci il tarixdə Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis olunduğu günə təsadüf edir. Bu münasibətlə hər il AMEA-nın bütün elmi tədqiqat institutlarında 27 mart - Elm gününə həsr olunmuş tədbirlər həyata keçirilir.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) tərəfindən təşkil olunan "Astronomik təqvim ilinin başlanğıcı" adlı silsilə elmi-populyar seminarlar da bu qəbildən olan tədbirlərdəndir.

17-18 mart tarixlərində baş tutan silsilə seminarlarda Bakı şəhərinin orta ümumtəhsil məktəblərinin şagird və müəllim heyəti iştirak ediblər. 

Seminarlarda Yaz gecə-gündüz bərabərliyi, Günəşin zahiri illik və sutkalıq hərəkəti ilə bağlı biliklər şagirdlərin diqqətinə çatdırılıb. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə, ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova, həmçinin elmi işçilər Ülviyyə Bəşirova, Günay Hacıyeva, Aysel Rüstəmova, Vüsalə Əliyeva, o cümlədən ŞAR-ın gənc əməkdaşları Cənnət Səmədov, Arzu Orucova, Samirə Rəhimli, Zümrüd Binnətova, Aytac İskəndərova, Lalə Səlimzadə və Nurlan Şərəfxanovun təqdim etdiyi məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

İnteraktiv formatda təşkil edilən seminarlarda kosmos haqda iştirakçılara maraqlı olan suallar rəsədxana əməkdaşları tərəfindən cavablandırılıb.

Elmi papulyar seminarların təşkil olunduğu təhsil müəssisələrinin - A.Hüseynzadə adına 20 saylı məktəb-lisey, İ.Hacıyev adına "Tərəqqi" texniki humanitar liseyi, N.Tusi adına 173 saylı tam orta məktəb, 53 saylı tam orta məktəb və 8 saylı orta məktəbin rəhbərliyi və müəllim heyəti də tədbirlərdə iştirak ediblər. Post-pandemiya dövründə məktəblərdə elmin təbliği və təşviqi üçün bu cür seminarların daha çox təşkil olunmasının əhəmiyyətini vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025