Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
11.03.2022 15:03 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib

Martın ayının 11-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Günel Bahəddinova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin əməkdaşı Elista Bayramova “Çox aşağı tezlikli radio dalğalar vasitəsi ilə geomaqnit qasırğalarının ionesferin D təbəqəsinə təsirinin araşdırılması” mövzusunda məruzə ilə çıxış edib.

İşdə 2008-2011-ci illərdə baş vermiş 5 geomaqnit qasırğasının (04 sentyabr 2008, 11 oktyabr 2008, 29 may 2010, 04 avqust 2010, 25 oktyabr 2011) VLF (Very Low Frequency - Çox Aşağı Tezlikli) dalğalarının DLPT depth (D-Layer Preparation Time Depth – D təbəqəsinin yaranma vaxtının dərinliyi) parametrinə təsirinə baxılmışdır. Parametri təyin etmək üçün Anthorn (54.91⁰ şm.e., 3.27⁰ q.u.) şəhərində yerləşən, 19.6 kHs stabil tezlikdə işləyən GBZ ötürücüsündən göndərilən və Şamaxı Astrofizika Rəsədxanasında (40.78⁰ şm.e., 48.59⁰ ş.u) quraşdırılmış AWESOME qəbuldedicisi vasitəsi ilə qəbul edilən siqnalın amplitudundan istifadə edilmişdir. DLPT depth parametri hər bir qasırğa üçün qasırğa günündə, qasırğa günündən dörd gün əvvəl və dörd gün sonra hesablanmış, hər bir hadisə üçün parametrin doqquz günlük variasiyası alınmışdır.

İki geomaqnit qasırğa hadisəsi üçün (04 sentyabr 2008, 25 oktyabr 2011) DLPT depth parametri qasırğanın əsas fazasında, digər iki qasırğa üçün (29 may 2010, 04 avqust 2011) isə qasırğanın bərpa fazasında artma göstərmişdir, yalnız bir qasırğa hadisəsi üçün (11 oktyabr 2008) qasırğanın əsas fazasında parametrdə azalma müşahidə edilmişdir. DLPT depth parametrinin artması qasırğa zamanı D təbəqəsinin ionlaşma səviyyəsinin artması nəticəsində siqnal amplitudunun azaldığını, yəni siqnalın daha güclü udulmaya məruz qaldığını göstərir. Ümumiyyətlə, hər bir qasırğanın D təbəqəsinə fərqli təsir göstərdiyi aşkar edilmişdir. 

Seminar iştirakçılarının marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025