28 fevral 2022-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elmi Şuranın növbəti iclası keçirilib.
Tədbiri elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.
İclasda ŞAR-ın gənc alim və mütəxəssislərinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı rəsədxananın gənc əməkdaşlarının, habelə onların elmi rəhbərlərinin və şöbə müdirlərinin çıxışları dinlənilib. Çıxışların təhilinə uyğun olaraq gənclərin rəsədxananın fəaliyyətindəki iştirakı qiymətləndirilib və gələcəkdə onların elmi və elmi-ictimai fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı tövsiyyələr verilib.
Sonda rəsədxana infrastrukturu ilə bağlı bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.