Ekskursiyalar Saytın xəritəsi
AZEN
Azərbaycan Astronomiya elminə ağır itki üz verib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Azərbaycan Astronomiya elminə ağır itki üz verib
15.02.2022 15:02 / MÜHÜM HADİSƏLƏR Azərbaycan Astronomiya elminə ağır itki üz verib

Tanınmış astronom alim, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Əzizə Rəsul qızı Həsənova 62 yaşında vəfat edib.

Əzizə Rəsul qızı Həsənova 25 oktyabr 1960–ci ildə Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. O, 1982–ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini “Astrofizika” ixtisası üzrə bitirmiş və təyinatla AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) müşahidəçi astronom kimi praktik astrofizika sahəsində elmi fəaliyyətə başlamışdır.

1982-1985-cü illərdə Krım Astrofizika Rəsədxanasında akademik  A.A.Boyarçukun rəhbərliyi altında praktik astrofizika sahəsində təcrübə keçmişdir.

Ə.R.Həsənova sonrakı illərdə ŞAR-ın 2 metrlik teleskopunda B, A və F tipli ifratnəhəng ulduzların müntəzəm spektral müşahidələrini aparmış və bu obyektlərin tədqiqi sahəsində bir sıra yeni, maraqlı elmi nəticələr almışdır.

Ə.R. Həsənova 15 oktyabr 2005-ci ildə  Bakı Dövlət Universitetinin fizika fakültəsinin nəzdində fəaliyyət göstərən dissertasiya şurasında 01.03.02 – “astrofizika, radioastronomiya” ixtisası üzrə, “A və F ifratnəhəng ulduz atmosferlərinin spektrofotometrik tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi diplomunu almışdır.

28 mart 2016-cı ildə Ə.R. Həsənovaya Azərbaycan  Respublikasının  Prezidenti  Yanında  Ali Attestasiya  Komissiyası tərəfindən dosent elmi adı verilmişdir.

ŞAR-da işlədiyi müddətdə onun tərəfindən, Qalaktika müstəvisində və yüksək Qalaktik enliklərdə yerləşən ifratnəhəng ulduzların fiziki parametrləri təyin edilmiş, belə ifratnəhənglərin kimyəvi tərkibinin fərqli olduğu aşkar edilmiş, onların mümkün genetik əlaqələri araşdırılmışdır. Bu tədqiqatlarda bir sıra yeni nəticələr alınmışdır. Model üsulu ilə 89 Her, φ Cas, ν Her, α Lyr, γ Gem ulduzlarının atmosfer parametrləri və kimyəvi tərkibi təyin edilmişdir. İlk dəfə göstərilmişdir ki, 89 Her ulduzu spektrində müşahidə olunan Ha xətti profilində udulma komponentlərinin şüa sürətləri, udulma və şüalanma komponentlərinin ekvivalent enləri, həmçinin ulduzun parlaqlığı 283 günlük periodla sinxron olaraq dəyişir. Alınmış bu nəticələr ulduzun qoşalığı haqqında olan fikirlərlə tamamilə üst-üstə düşür.

Ə.R.Həsənova bir sıra MDB ölkələrinin alimləri ilə elmi əlaqələr qurmuş, onlarla əməkdaşlıq etmişdir. Onun 65-dən çox məqaləsi yerli və xarici jurnallarda çap olunmuşdur. Elmi tədqiqat işləri ilə bağlı çoxsaylı elmi konfranslarda məruzələrlə çıxış etmişdir.

O, 2010-2013-cü illərdə BDU – nun fizika fakultəsində magistrlərə “nəzəri astrofizika” kursundan dərs demişdir.

Ə.R. Həsənova Azərbaycan  Respublikasinin  Prezidenti  Yanında  Ali Attestasiya  Komissiyası tərəfindən ŞAR-da yaradılan və 2013-2018-ci illərdə fəaliyyət göstərən FD.01.241 dissertasiya şurasının Elmi katibi vəzifəsində işləmişdir.

ŞAR-da işlədiyi müddət ərzində elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və şöbə müdiri vəzifələrində çalışmışdır.

Müxtəlif illərdə ŞAR Elmi Şurasının və ŞAR Həmkarlar Təşkilatı bürosunun üzvü olmuşdur.

ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Əzizə Rəsul qızı Həsənova 15 fevral 2022-ci il tarixdə vaxtsız vəfat etmişdir. Əzizə xanımın əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025