Ekskursiyalar Saytın xəritəsi
AZEN
Sönmək üzrə olan ulduzların ətrafında ikinci nəsil planetlər yarana bilər - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Sönmək üzrə olan ulduzların ətrafında ikinci nəsil planetlər yarana bilər
08.02.2022 16:02 / ASTRO XƏBƏRLƏR Sönmək üzrə olan ulduzların ətrafında ikinci nəsil planetlər yarana bilər

Astronomlar təkamülünün sonuna gəlmiş ulduzların ətrafında planetlərin əmələ gəlməsini aşkar ediblər. 

Planetlər cavan ulduzların ətrafındakı protoplanet disklərində yaranırlar. Lakin son tədqiqatlar göstərdi ki, bu cür disklər həm də sönmək üzrə olan ulduzların da ətrafında formalaşa bilər.

Günəş tipli ulduzlar həyatlarının sonunda örtükləri genişlənərək qırmızı nəhəngə çevrilir və planetlərini məhv edirlər. Hidrogeni tükənən ulduzun heliumu yanmağa başlayır və ulduzun üst qatlarının atması ilə nəticələnir.

Bu faza ifratnəhənglərin asimptodik qolu (AGB - Asymptotic Giant Branch) adlanır və bu planet formalaşması üçün heç də yaxşı mühit hesab olunmurdu. Lakin son onillikdə alimlər belə hesab edirlər ki, bəzi hallarda bu fazada planetlərin ikinci nəslinin yaranmasına səbəb ola biləcək yeni diskin formalaşması mümkündür.

Bu tədqiqat işinin ilkin müşahidə materiallarının analizinin nəticələri "Astronomy and Astrophysics" jurnalında dərc olunmuşdur. 

Tədqiqat işində bizim Qalaktikada yerləşən 85 post-AGB mərhələsində olan qoşa sistemlər tədqiq olunmuşdur. Nəticələrə əsasən, post-AGB mərhələsində tədqiq olunmuş ulduzların təxminən 10%-i planet formalaşması mümkün olan qaz və toz diskləri ilə əhatə olunmuşlar.

Astronomlar bu sistemlərin AGB mərhələsindən necə belə qısa müddətdə çıxdıqlarını tam izah edə bilmirlər. Ətraf fəzaya yayılmalı olan material ikinci ulduzun qravitasiyası tərəfindən tutularaq sistemin ətrafında yeni yaranan ulduzlarda olduğu kimi parlaq, isti və fırlanan qaz diski yaradır. Tədqiqat qrupu bu disklərin birbaşa şəklini ala bilməsə də, infraqırmızı diapazondakı şüalanmalarına əsasən onları öyrənmək mümkün olmuşdur. Həmin 10% ulduzlarda disklərin müqayisədə daha zəif olmaları, toz elementi – dəmirin miqdarının az olması kimi faktorlar yeni yaranmış ulduzlarda, diskdə planet əmələ gəlməsinə işarə edən amillərdir. Eyni fiziki halın təkamülünün son mərhələsinə gəlmiş ulduzlarda da müşahidə olunması çox düşündürücüdür. 

Bu disklərdə yerləşən planetlərin birinci yaxud ikinci nəsil olması məsələsi şübhəli qalır. Çünki nəzəriyyəyə əsasən ulduzların post-AGB mərhələsində olduqları zaman periodu (bir neçə 10 min il) planet formalaşması üçün kifayət deyil. Ona görə də hesab olunur ki, bu planetlər AGB mərhələsindən sonra salamat qalmış birinci nəsil planetlərdir. Ancaq birinci nəsil planetlər ikinci nəsil planetlərin əmələ gəlməsinə zəmin yarada, diskin bir bölgəsində toz yığılmasını təmin edərək, bir planetin qartopu (maddə toplama) prosesinə səbəb ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025