Ekskursiyalar Saytın xəritəsi
AZEN
Avropa Kosmik Agentliyi Marsdan yeni görüntü paylaşıb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Avropa Kosmik Agentliyi Marsdan yeni görüntü paylaşıb
04.02.2022 12:02 / ASTRO XƏBƏRLƏR Avropa Kosmik Agentliyi Marsdan yeni görüntü paylaşıb

Avropa Kosmik Agentliyi (ESA) "ExoMars" missiyası çərçivəsində kosmosa göndərilən TGO (ESA/Roscosmos ExoMars Trace Gas Orbiter) kosmik aparatının CaSSIS kamerası tərəfindən Marsda, "Acidalia Planitia" şimal düzənliyində çəkilmiş maraqlı bir fotoşəkil paylaşıb.

Fotoşəkil konsentrik halqaları ilə ağac kötüyünü xatırlatsa da, əslində bu, Marsın buzla zəngin zərbə kraterinin quşbaxışı məsafədən çəkilmiş şəklidir. Ağacın gövdəsindəki konsentrik halqalar Yerin iqliminin keçmişdə necə olması barədə informasiya daşıdığı kimi, kraterin içindəki naxışlar da Marsın iqliminin təfərrüatları haqqında informasiya daşıyır.

Ehtimal olunur ki, kraterin daxili hissəsi su ilə zəngin buz çöküntüləri ilə doludur. Çox güman ki, bu çöküntülər planetin fırlanma oxunun meyli su-buz yataqlarının daha aşağı enlklərdə yaranmasına imkan verdiyi zamanlarda toplanıb qalmışdır. Marsın da fırlanma oxunun meylli olması Yerdəki kimi fəsillərin yaranmasına səbəb olur, lakin onun oxunun meylliliyi uzun zaman periodunda kəskin şəkildə dəyişmişdir.

Krater çöküntülərində diqqət çəkən xüsusiyyətlərdən biri də çatların yarımdairə və çoxbucaqlı  formada olmasıdır. Çox ehtimal ki, mövsümi temperatur dəyişiklikləri səbəbindən, buzla zəngin materialın genişlənməsi və sıxılması bu cür çatların formalaşmasına səbəb olmuşdur.  

Orbital cihaz Marsın ekzotik şəkillərini çəkməklə yanaşı onun atmosferindəki qazları da təsnifləşdirir, su ilə zəngin regionları tapmaq üçün Mars səthinin xəritələşdirilməsi ilə məşğul olur. Bu, alimlərə Marsda suyun xronologiyasını və bu miqdarın bir vaxtlar Masrda həyatın yaranmasına imkan verib-vermədiyini daha yaxşı anlamağa kömək edəcək.

Qeyd edək ki, ESA-nın "ExoMars" missiyasi çərçivəsində TGO 2016-cı ildə Marsa enib və 2018-ci ildə tam fəaliyyətə başlayıb. O, həmçinin 2023 cü ildə Marsa çatacaq Rosalind Franklin roveri və Kazachok platforması üçün informasiyanın ötürülməsinə xidmət etməlidir. Növbəti rover Marsın bir vaxtlar qədim okeana ev sahibliyi etdiyi düşünülən bölgəni araşdıracaq, yeraltı tədqiqatlar aparacaq və həyat əlamətləri axtaracaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025