AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) COVİD-19 virusuna qarşı tibbi-profilaktik, dezinfeksiya işləri həyata keçirilib.
Rəsədxananın Bakı şəhər bölməsində ŞAR əməkdaşlarının çalışdığı iş otaqları, o cümlədən tədris otaqları dezinfeksiya olunub.
Qeyd edək ki, Şamaxı Astrofizika Rəsədxanasında koronavirus infeksiyası ilə əlaqədar davamlı olaraq profilaktik işlər görülür, koronavirusun yaratdığı fəsadlar və ondan qorunma yolları haqqında maarifləndirici məlumatlar verilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.