25 yanvar 2022-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elmi Şuranın növbəti iclası keçirilib.
Tədbiri elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.
İclasda ŞAR-ın vikipediya qrupunun illik hesabatı dinlənilib və viki qrupun fəaliyyətinin daha səmərəli təşkili üçün müvafiq tövsiyələr verilib.
Sonra ŞAR Elmi Şurası, rəsədxanada vakant şöbə müdiri vəzifələrinə müsabiqənin keçirilməsi barədə qərar qəbul edib.
Gündəliyə uyğun olaraq daha sonra Lütfi Zadə elmi irsinin biblioqrafik-bibliometrik icmalının çapa təqdim edilməsi barədə Nərminə Abdullayevanın çıxışı dinlənilib və materialın çapı dəstəklənib.
Sonda "Azərbaycan Astronomiya Cəmiyyəti"nin təsis olunması ilə bağlı geniş müzakirə aparılıb və təşkilati komissiya yaradılıb. Komissiya üzvlərinə təşkilati və hüquqi məsələlərin operativ təşkili üçün müvafiq tapşırıqlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.