Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib
30.12.2021 10:12 / İCLASLAR Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib

29 dekabr 2021-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elmi Şuranın növbəti hesabat iclası keçirilib.

Tədbiri  elmi  şuranın  sədri,  AMEA-nın  müxbir  üzvü  Namiq  Cəlilov  açaraq,  gündəlikdə  duran  məsələlər  barədə  şura  üzvlərinə  məlumat  verib.

İclasda ŞAR-ın elmi-təşkilat sektorunun "Təhsil", "İnformasiya təminatı və ictimaiyyətlə əlaqələr" şöbələri və ŞAR Elmi Kitabxanasının illik fəaliyyəti barədə hesabatlar dinlənilib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov rəsədxananın 2021-ci il üçün elmi və elmi-təşkilati fəaliy­yətinə dair yekun hesabat məruzəsi ilə çıxış edib.

Namiq Cəlilov bildirib ki, hesabat dövründə Şamaxı Astrofizika Rəsədxanası öz işini AMEA Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş prioritet istiqamətlər çərçivəsində həyata keçirmişdir. Cari ildə Rəsədxanada Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası uğurla həyata keçirilib. Bundan başqa AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş elmi istiqamətlər proqramına uyğun olaraq  1 elmi istiqamət – “Səma cisimlərinin fizika və dinamikası” sahəsində 2 problemə aid 8 mövzu üzrə  24 tədqiqat işi aparılmış və mühüm elmi nəticələr əldə edilmişdir. Hesabat ilində 45 məqalə, 2 kitab çap olunub, məqalələrdən 6-sı Web of Science  və SCOPUS bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub. Rəsədxananın mütəxəssislərinin əsərlərinə il ərzində dünya ədəbiyyatında 100-dən çox istinad olunmuşdur. Alınan elmi nəticələr müxtəlif  beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium və seminarlarda müzakirə edilərək mütəxəsisslər tərəfindən yüksək qiymətləndirilmiş və nüfuzlu beynəlxalq və yerli jurnallarda dərc olunub.

Daha sonra natiq 2021-ci ildə rəsədxanada keçirilən beynəlxalq və yerli konfranslardan danışıb. Qeyd edib ki, ŞAR-da görkəmli elm xadimi, AMEA-nın Fəxri üzvü, dünya şöhrətli alim Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş konfrans, həmçinin akademik Hacıbəy Sultanovun 100 illik yubileyinə həsr olunmuş “Günəş sistemi cisimlərinin fizika və dinamikasının tədqiqində müasir istiqamətlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Nizami Gəncəvi ili” çərçivəsində ŞAR-da FRTEB-in, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış” möv­zu­sun­da VIII “Fizika və lirika” konfransı, eləcə də Azərbaycan Dövlət Pedoqoji UniversitetininŞa­ma­xı filialı ilə birlikdə “Nizami Gəncəvi yaradıcılığında kosmopoloji modellər“ mövzusunda elmi-prak­tiki konfrans keçirilib.

Çıxış zamanı alim elmlə təhsilin inteqrasiyası istiqamətində görülən bir sıra işlərdən də danışıb. O, qeyd edib ki, Astronomiya elminin məktəblilər arasında təbliği məqsədilə Bakıda fəaliyyət göstərən N.Tusi adına 173 saylı, 283 saylı, 10 saylı,  192 saylı tam orta məktəb, eləcə də S. Rüstəm adına xarici dillər təmayüllü gimnaziya, Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbi, Lənkəran rayon Biləsər kənd tam orta məktəbi il əlaqə qurulub və bu məktəblərdə rəsədxanada çalışan alim və mütəxəssislər tərəfindən onlayn mühazirə-seminarlar təşkil edilib.

Çıxışın sonunda əməkdaşları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edən Namiq Cəlilov, kollektivə yeni ildə müvəffəqiyyətlər arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025