Ekskursiyalar Saytın xəritəsi
AZEN
Mərkəzi Elmi Kitabxananın əməkdaşları Şamaxı Astrofizika Rəsədxanasında olublar - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Mərkəzi Elmi Kitabxananın əməkdaşları Şamaxı Astrofizika Rəsədxanasında olublar
28.12.2021 14:12 / RƏSƏDXANA XƏBƏRLƏRİ Mərkəzi Elmi Kitabxananın əməkdaşları Şamaxı Astrofizika Rəsədxanasında olublar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi Kitabxanasının fəaliyyətinin cari vəziyyəti ilə tanış olmaq üçün rəsədxananı ziyarət ediblər.

Tədbir zamanı rəsədxananın elmi katibi, astronomiya üzrə fəlsəfə doktoru, dosent Orxan Xəlilov  ŞAR  rəhbərliyi  adından qonaqları salamlayaraq MEK əməkdaşlarına rəsədxana haqqında məlumat verib.

Daha sonra MEK-in icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent  Şəhla Tahirqızı, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü, Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova, Qarabağ müharibəsi qəhrəmanları fondunun müdiri Röksanə Səfərzadə, Xidmət şöbəsinin müdiri Ofelya Yunusova Mərkəzi Elmi Kitabxananın çoxşaxəli fəaliyyəti, iş prinsipləri və sistemi, mövcud bazaları, fondları haqqında, eləcə də MEK-də həyata keçirilən yeniliklərlə bağlı həmkarlarına geniş məlumat veriblər. Eyni zamanda, Rəsədxana kitabxanasının iş rejimi və fəaliyyəti, kitabxananın tarixi, mövcud fondlarının tərkibi, texniki avadanlıqları ilə yaxından tanış olublar. MEK əməkdaşları Rəsədxana kitabxanasına ədəbiyyatın qəbulu, kataloq-kartateka sisteminin davamlı şəkildə işlənməsi, inventar kitabının yazılması, ədəbiyyatın qəbulundan sonra texniki işlənməsi məsələləri, həmçinin İRBİS proqramında elektron bazanın yaradılması ilə bağlı tövsiyələrini bölüşüblər.

Tədbirin sonunda MEK əməkdaşları tərəfindən ŞAR Elmi Kitabxanasına Misir Mərdanovun Prezident İlham Əliyevin 60 illiyinə həsr edilmiş “Zəfərə aparan yol kitabı” təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025