Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər
13.12.2021 09:12 / MÜHÜM HADİSƏLƏR Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər

12 dekabr 2021-ci il tarixində AMEA  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşları müasir Azərbaycan Respublikasının memarı, ölkəmizin tərəqqisində misilsiz xidmətləri olan siyasi xadim, Ulu Öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibətilə, Ümumilli Liderin Şamaxı şəhərindəki abidəsini ziyarət ediblər.

Şamaxı Astrofizika Rəsədxanasının rəhbərliyi və rəsədxana əməkdaşları dahi rəhbərin əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub və ruhu qarşısında baş əyiblər.

Ümummilli Lider zəngin fəaliyyətində digər sahələrlə yanaşı, elm və təhsilə  xüsusi diqqət və qayğı ilə yanaşıb. Ömrünü Azərbaycanın davamlı və hərtərəfli inkişafına, elmi potensialının yüksəldilməsinə həsr edən Ulu Öndər  gənclərin yüksəkixtisaslı kadr kimi yetişməsi, onların təhsilini xarici ölkələrin nüfuzlu elm və təhsil müəssisələrində davam etdirməsi üçün mühüm qərarlara imza atıb. Məhz Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci sovet respublikalarının müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilmişdir. Bir neçə il sonra isə həmin gənclər ən vacib sahələri əhatə edən ixtisaslar üzrə təhsil alaraq respublikamıza təcrübəli mütəxəssis kimi qayıtmışlar. 

Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə qabaqcıl texnologiyanın Azərbaycana gətirilməsi, əldə olunan uğurlu elmi nəticələrin istehsalata tətbiqi, böyük alim ordusunun formalaşması prioritetə çevrilib.  Həmin illərdən başlayaraq Ulu Öndərin uğurla həyata keçirdiyi siyasətin təməlində hər zaman Azərbaycanın gələcəyi, milli dövlətçilik düşüncəsi dayanıb. Xalqımızın milli sərvəti adlandırdığı Elmlər Akademiyasının təkmilləşdirilməsi və yüksəlişi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın elm ocağı 70-ci illərdən başlayaraq dünyada böyük şöhrət qazanmış, özünün kadr potensialını yaratmış və maddi-texniki bazasını təkmilləşdirmişdir. Heydər Əliyev 1974-cü ildə AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına gələrək alimlərlə görüşmüşdür. Sonrakı dövrlərdə də Ulu Öndər daim rəsədxananın fəaliyyətini diqqət mərkəzində saxlamış, ölkəmizdə astrofizika elminin inkişafına yönələn qərarlara imza atmışdır.

Ulu öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən elmin inkişafına göstərilən diqqət və qayğı elmi potensialın güclənməsinə, yüksəksəviyyəli kadr potensialının  formalaşmasına,  gənc alim və mütəxəssislərin beynəlxalq miqyasda ölkəmizi təmsil etməsinə, dünya elminə töhfə verməsinə xidmət edir.

Ömrünü xalqımızın, dövlətimizin tərəqqisinə həsr edən Heydər Əliyevin xatirəsi daim qəlblərdə yaşayacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025