Ekskursiyalar Saytın xəritəsi
AZEN
Ekzoplanetlərin qalıqları arasında yeni süxurlar tapılıb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Ekzoplanetlərin qalıqları arasında yeni süxurlar tapılıb
03.12.2021 11:12 / ASTRO XƏBƏRLƏR Ekzoplanetlərin qalıqları arasında yeni süxurlar tapılıb

Amerikanın Optik-İnfraqırmızı Astronomiya üzrə Tədqiqat Laboratoriyasının (NOIRLab) alimləri Günəşdən 650 işıq ili məsafədə yerləşən, kiçik və orta ölçülü ulduzların qalığı olan 23 ağ cırtdanı araşdırıblar. Araşdırmaların nəticəsi  “Natural Astronomy” jurnalında dərc olunub.

Qeyd edək ki, ulduzlar ölərək ağ cırtdanlara çevrilərkən onların orbitindəki ekzoplanetlər parçalanır. Həmin ağ cırtdanların atmosferləri isə məhv etdikləri planetlərin qalıqlarından ibarət elemetlərdən təşkil olunur.

İlk öncə tədqiqatçılar ulduzların şüalandırdığı işığı analiz edərək ağ cırtdanların  atmosferindəki müxtəlif elementlərin nisbətini müəyyənləşdiriblər. Sonra isə məhv olmuş planetlərin tərkibinin hansı minerallardan təşkil olunduğu ehtimalını  hesablayıblar. Hesablamaların nəticəsinə uyğun olaraq məlum olub ki, ağ cırtdanlardan yalnız birində Yerə bənzər geoloji quruluşa malik ekzoplanetlərin qalıqları var. Digər tədqiqat obyektlərinin atmosferində isə ekzoplanetlərin indiyə kimi planetimizdə və hətta ümumilikdə Günəş sistemində rast gəlinməyən minerallardan təşkil olunmuş qalıqlarını tapıblar. Elmə məlum olmayan bu yeni süxurlar alimlər tərəfindən "kvars piroksenitləri" və "periklaz dunitləri" olaraq adlandırılıb.

Yerdə süxurlar əsasən üç mineraldan - olivin, ortopiroksen və klinopiroksendən ibarətdir. Ancaq tədqiq edilən ağ cırtdanların əksəriyyətinin atmosferindəki elementlərin nisbəti göstərir ki, orada bu minerallardan hər hansı birinin formalaşması  ehtimalı  çox azdır. Bir vaxtlar ağ cırtdanların orbitində olan bəzi ekzoplanetlər Yerə bənzədilsə belə, onların əksəriyyəti Günəş sistemimiz üçün ekzotik olan süxur növlərindən təşkil olunmuşdular.

Alimlərin fikrincə, ekzoplanetlərdə nə qədər yeni süxur növlərinin tapıla biləcəyi dəqiq məlum deyil və kosmik cisimlərin mineralogiyasını tam başa düşmək üçün yeni tədqiqatlar aparmaq lazımdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025