Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxanada “Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış” mövzusunda VIII “Fizika və lirika” konfransı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxanada “Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış” mövzusunda VIII “Fizika və lirika” konfransı keçirilib
27.10.2021 12:10 / KONFRANSLAR Rəsədxanada “Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış” mövzusunda VIII “Fizika və lirika” konfransı keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsi və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış” mövzusunda VIII “Fizika və lirika” konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Şamaxı Astrofizika Rəsədxanası şəhərciyində görkəmli elm xadimi, Akademiyanın qurucularından biri olan akademik Yusif Məmmədəliyevin büstünü ziyarət ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyətini vurğulayıb. Nizami Gəncəvini Şərq intibahçılarından biri adlandıran alim, onun əsərlərinin dünya dillərinə tərcüməsinin zəruri olduğunu bildirib.

Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Nizami Gəncəvi İli” ilə bağlı AMEA-da geniş Tədbirlər planının icrası barədə məlumat verib, 2014-cü ildə AMEA-da “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı”ın təsis edildiyini və bu medalla elmin müxtəlif sahələrində çalışan alimlərin təltif olunduğunu diqqətə çatdırıb. Akademik Sankt-Peterburqun dünya şöhrətli Dövlət Ermitaj Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edildiyini söyləyib və həmin tədbirdə Azərbaycan elmi ictimaiyyətinin iştirakını qürurverici hadisə kimi yüksək qiymətləndirib.

“Nizami Gəncəvi – Azərbaycan xalqının mənəviyyat pasportudur. Dünyaya onunla təqdim edilirik”, – deyən akademik Rasim Əliquliyev konfransın rəhbərlik etdiyi Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçirilməsindən məmnunluğunu ifadə edib.

Daha sonra AMEA-nın akademik-katibi, Fizika İnstitutunun baş direktoru, akademik Arif  Həşimov çıxış edərək Nizami Gəncəvinin öz yaradıcılığında bütün elmləri üzvi şəkildə birləşdirdiyini bildirib. O, ədibin poemalarının mövzusunu tarixdən götürsə də, yaradıcılığında təbiət elmlərinin, xüsusən də fizikanın böyük yeri olduğunu qeyd edib.

Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov isə son illərdə Akademiyanın elmi müəssisələri ilə rəsədxana arasında elmi əməkdaşlığın gücləndiyini vurğulayıb və həmin silsilədən olan bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Alimin sözlərinə görə, Nizaminin əsərlərindəki elmi faktlar bu gün də yerüstü və kosmik hadisələrin öyrənilməsində öz aktuallığını qoruyub saxlayıb.

Açılış hissəsindən sonra konfrans işini məruzələrlə davam etdirib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri, filologiya elmlər doktoru, professor İmamverdi Həmidov  “Nizami Gəncəvi və ərəb dünyası”, "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Nizami Gəncəvi yaradıcılığında ilin fəsil dəyişmələrinin elmi-bədii inikası”, Şamaxı Astrofizika Rəsədxanasının "Planetlər və kiçik səma cisimləri" şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Ətayi “Nizami Gəncəvi yaradıcılığına müasir elmi baxış” mövzusunda maraqlı məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda akademik İsa Həbibbəyli 2021-ci ildə Nizami Gəncəviyə həsr olunmuş akademik nəşrləri Şamaxı Astrofizika Rəsədxanasının Kitabxanasına hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025