Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib
21.10.2021 14:10 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti onlayn astroseminar keçirilib.

Seminara rəhbərlik edən fizika riyaziyyat üzrə elmlər doktoru, müxbir üzv Namiq Cəlilov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzələrin mövzusu haqqında məlumat verib.

İlk olaraq seminarda Şamaxı Astrofizika Rəsədxanasının "Nəzəri astrofizika və kosmologiya" şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Nurməmmədov "Maye yaxınlaşmasında anizotrop kosmik plazma nəzəriyyəsinin bəzi problemlərinin həllində qeyri klassik riyazi metodun tətbiqi" (Namiq Cəlilov, Məhəmməd Nurməmmədov) mövzusunda məruzə ilə çıxış edib.

Seminarda Günəşdən stasionar radial plazma axını (Günəş küləyi) məsələsinə və maqnit sahəsinin istiqamətinə nəzərən plazmanın anizotropluğuna əsasən axın boyunca istilik seli nəzərə alınaraq 16 momentli MHD (maqnit hidrodinamik) tənliklər sisteminin həll oluna bilməsi və onun analitik həllinin tədqiqindən danışılıb. Bu proseslərin riyazi  model tənlikləri və onun həllində ortaya çıxan çətinliklər izah edilib və Parker modeli ilə müqayisəli təhlili seminar iştirakçılarına təqdim edilib.

Məruzəçi bildirib ki, baxılan məsələ, izotrop plazma axını üçün klassik Parker modelinin anizotrop hal üçün ümumiləşməsidir və yeni məsələdir. Baxmayaraq ki, bu məsələ dünyada uzun illər fundamental həll edilməmişdir, amma qeyri klassik yanaşma ilə stasionar halda diferensial tənliklər sistemi üçün sabitlər cırlaşma və sinqulyarlıqdan tapılıb başlanğıc şərtləri  təyin edilməklə məsələnin həlli korrekt şəkildə təmin olunmuşdur.

Məsənin təbiətinə görə həll olunmayan məsəllər sinfinə daxil olmasına baxmayaraq müasir dövrün aktual riyazi metodları ilə M.V.Keldış nəzəriyyə­sindən  stasionar halda istifadə edilərək “epsilon“ requlyarlaşdırma, tərpən­məz nöqtə nəzəriyyəsi və aprior qiymətləndirmənin köməyi ilə məsələnin həllinin varlığı, yeganəliyi isbat edilmiş, həmçinin baxılan diferensial tənliklər sisteminin inteqrallanan olması haqqında kafi şərti ifadə edən teorem isbat edilmiş, məsələnin analitik həlli ümümi şəkildə tapılmışdır.

Qeyd edək ki, seminara təqdim olunan iş Amerika Birləşmiş Ştatlarında "Journal of Applied Mathematics and Physics" jurnalında "Application of the Method of Non-Classical Approach to Certain Problems of the Theory of Anisotropic Space Plazma in Fluid Description" adı ilə dərc edilib.

Növbəti məruzə, hər iki müəllifin çıxışı ilə "Yupiterdə Böyük Qırmızı Ləkənin dinamik dayanıqlığında tsiklon, anti siklon, sirkulyasiya və fırlanma təsir faktorlarının tədqiqi" (Ədalət Ətayi, Məhəmməd Nurməmmədov) mövzusunda olub.

Çıxışlarda bildirilib ki, təqdim olunan işdə nəhəng planetin diskindəki Böyük Qırmızı Ləkənin Günəş sistemində ən böyük burulğan olması və onun dayanıqlığı, uzunmüddətli yaşanması haqqında elmi məlumatın təhlil olunmuş, ləkənin dinamikasının riyazi təsviri və onun əsaslandırılması ətraflı izah olunmuşdur. Bununla da Yupiterin diskindəki ən böyük burulğanda hadisələrin mənzərəsi və proseslərin riyazi modellərin tətbiqi ilə planetin daxili və xarici enerjisi hesabına siklonlar, antisiklonlar, sirkulyasiya və fırlanma amillərinin geostrofik approksimasiya vasitəsilə, Rossbi şərti, Koriolis qüvvəsinin Böyük Qırmızı Ləkənin Günəş küləkləri ilə təsiri onun uzun müddətli varlığının isbatı verilmişdir. Bu isbat dünyada ilk dəfə tədqiq olunduğundan bir sıra şübhəli mülahizələrə də aydınlıqlar gətirib və elmi məqalə şəklində Amerika Birləşmiş  Ştatlarında, imparkt faktorlu "Journal of Natural Sciences" jurnalda "Influences the factors of Cyclones, Anticyclones, Circulation and Rotation to the Steady Dynamic of Great Red Spot of Jupiter" adı ilə çap olunub.

Seminarın sonunda maraqla qarşılanan məruzələrin mövzuları ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025