Ekskursiyalar Saytın xəritəsi
AZEN
18 oktyabr - Müstəqilliyin Bərpası Günüdür - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
18 oktyabr - Müstəqilliyin Bərpası Günüdür
18.10.2021 10:10 / MÜHÜM HADİSƏLƏR 18 oktyabr - Müstəqilliyin Bərpası Günüdür

18 oktyabr 1991-ci il tarixi ölkəmiz üçün ən əlamətdar günlərdən biri hesab olunur. Məhz həmin gün Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu və xalqımız yenidən uzun illərdən bəri həsrətində olduğu hürriyətinə qovuşdu. O dövrdə SSRİ-nin süqutuna gətirib çıxaran amillər bilavasitə onun tərkibində olan bütün müttəfiq respublikalara, o cümlədən  ölkəmizə azadlıq əldə etmək imkanı yaratdı.  Azərbaycan sözügedən mühüm tarixi sənədlə hələ ötən əsrin əvvəllərində qədim ənənələrimizi yaşadaraq dövlət təsisatlarının  yaradılmasına nail olmuş çox mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərərək mütərəqqi hadisələrə imza atmış Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etdi və suverenliyini beynəlxalq aləmə bildirdi. 1990-cı ilin yanvarında dinc əhaliyə qarşı amansızlıq göstərərək  şəhərimizi al qana boyayan rus imperiyasının tankları belə azadlığa gedən yolumuzun qarşısını kəsə bilmədi. İstiqlal mübarizəsində Şəhidlər vermiş Azərbaycan əzmlə müstəqilliyə doğru irəlilədi. Nəhayət Azərbaycan tarixinə şərəf, qürur və iftixar hissilə yazılan o müqəddəs gündə xalqımız XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi.  Ölkəmizin müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da qardaş Türkiyə Cümhuriyyəti, sonra Rumıniya, Pakistan, İsveçrə və digər dövlətlər tanıdılar. Qısa müddətdə dünya birliyi ölkələri və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmaqla beynəlxalq hüququn subyektinə çevrildi. Beləliklə, həmin gün tariximizə dövlət müstəqilliyimizin bərpası günü kimi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul olundu və rəsmi olaraq onun yarandığı 28 may tarixi Respublika günü kimi qeyd edilməyə başladı.

Hazırda bütün dünya azərbaycanlıları Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin otuzuncu ildönümünü böyük fəxarət və qürur hissi ilə qeyd edir. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, Ümummili lider Heydər Əliyevin məqsədyönlü strategiyası əsasında taleyüklü məsələlər öz həllini tapmışdır. Ötən əsrin 70-ci illərindən başlayaraq məhz Ulu Öndərin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin yaratmışdır. Ölkəmiz Sovetlər İttifaqının tərkibində olarkən də böyük inkişaf yolu keçmişdir. Müxtəlif sahələrdə, xüsusən də elmdə dünya əhəmiyyətli nailiyyətlər əldə olunmuş, ölkəmizin elm məbədi olan Azərbaycan Elmlər Akademiyası yaradılmışdır. Dünya elminə töhfələr bəxş etmiş alimlərimizin rəhbərliyi ilə fundamental elmi məktəblər formalaşmışdır.

Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən etibarən ölkəmizdə daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başlamış, iqtisadi, hərbi və digər sahələrdə hərtərəfli inkişafa nail olan respublikamızın beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Bir çox aparıcı ölkələrlə iqtisadi əlaqələr qurulmuş, Azərbaycan Dövlət Neft Şirkəti ilə nüfuzlu şirkətlər arasında birinci neft kontraktı olan “Əsrin müqaviləsi” imzalanmışdır. Azərbaycan iqtisadiyyatının inkişafına geniş imkanlar yaradılmış, aparılmış uğurlu xarici siyasət nəticəsində  müxtəlif ölkələrlə qarşılıqlı faydalı əlaqələr qurularaq inkişaf etdirilmişdir. 

Bu illər ərzində Azərbaycan dünyanın nəhəng dövlətlərilə ikitərəfli, bərabərhüquqlu və diplomatik münasibətlər yaratmağa başladı, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatına üzv oldu. Sonralar isə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz zirvə toplantılarına və müxtəlif mötəbər tədbirlərə ev sahibliyi də etməyə başladı.

Sevindirici haldır ki, hazırda Azərbaycan təkcə sosial-iqtisadi istiqamətdə deyil, elm, mədəniyyət, idman və demək olar ki, bütün sahələrdə dinamik inkişaf edən dövlətlərdən biridir. İnformasiya-kommunikasiya texnologiyalarının bütün fəaliyyət sektorlarında tətbiqi, təhsil şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, elektron dövlətin uğurla bərqərar edilməsi, dünyanın bir çox ölkələri ilə getdikcə möhkəmlənən hərtərəfli mədəni əlaqələr ölkəni regionun aparıcı dövlətlərindən biri kimi tanıdıb.

Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Ölkəmiz dünya birliyində öz layiqli yerini tutaraq nəhəng layihələrə imza atmaqda davam edir. Azərbaycanın Silahlı Qüvvələri, Milli Ordusu müstəqilliyimizin, dövlətçiliyimizin keşiyində duraraq torpaqlarımızı qoruyur. Böyük qürur hissi ilə və əminliklə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyi gündən-günə möhkəmlənməklə yanaşı, sarsılmaz siyasi iradəsini dünyaya nümayiş etdirən Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi üçün  qəhrəmanlıq göstərən ordumuzun rəşadəti nəticəsində ərazi bütövlüyümüz təmin olunur. Ötən il aparılan 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə müstəqilliyimizin bərpa olunmasının otuz illiyini dövlət səviyyəsində ikiqat sevinclə qeyd etməyə əsas verir.

Tariximizin şanlı və qürurverici səhifələrindən biri olan 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı, bütün ölkə vətəndaşlarını təbrik edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025