Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Rəsədxanasında beynəlxalq konfrans keçirilir - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Rəsədxanasında beynəlxalq konfrans keçirilir
04.10.2021 16:10 / KONFRANSLAR Şamaxı Rəsədxanasında beynəlxalq konfrans keçirilir

4 oktyabr 2021-ci il tarixindəAMEA  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Günəş sistemi cisimlərinin fizika və dinamikasının tədqiqində müasir istiqamətlər” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Görkəmli astronom alim, rəsədxananın qurucusu akademik Hacıbəy Sultanovun 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda Rusiya, Ukrayna, Gürcüstan, Slovakiya, Qazaxıstan, Tacikistan olan astronom alimlər iştirak edirlər.

Tədbiri Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, müxbir üzv Namiq Cəlilov açaraq konfrans iştirakçılarını AMEA rəhbərliyi və fizika-riyaziyyat bölməsi adından salamlayıb və akademik Hacıbəy Sultanovun həyat və elmi yaradıcılığı haqqında onlara geniş məlumat verib. Bildirib ki, H.Sultanov 1953-cü ildən Azərbaycanda astronomik rəsədxananın tikintisinə rəhbərlik etmiş, ŞAR-ın rəsmi yaradıldığı vaxtdan (1959-cu il) 1981-ci ilədək rəsədxananın direktoru olmuşdur. O, 1976-1981-illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuş, 1981-2007-ci illər ərzində ŞAR-da "Kiçik cisimlərin tədqiqi" şöbəsinə rəhbərlik etmişdir. H.F.Sultanov Azərbaycan EA-nın həqiqi və Beynəlxalq Astronomiya İttifaqının üzvü olmuşdur. O, Sovet İttifaqının və Azərbaycan  Respublikasının bir sıra dövlət mükafatları ilə təltif olunmuşdur.

Sonra çıxış üçün söz AMEA Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadəyə verilib. Hacıbəy Sultaovla əməkdaşlıqdan ziyadə, möhkəm dostluq münasibəti olan Akif Əlizadə görkəmli alimlə birgə xatirələrini konfrans iştirakçıları ilə bölüşüb, onun peşəkar işgüzar intizamından və gözəl insani keyfiyyətlərindən danışıb.

Daha sonra tədbirdə H.Sultanovun qızı Gülnar Sultanova çıxış edib. O, öz çıxışına tədbir təşkilatçılarına təşəkkür edərək başlayıb. G.Sultanova atasının elmə, astronomiyaya olan şövqündən danışıb, Hacıbəy Sultanovun Azərbaycanda açdığı astronomiya cığırından gedərək hal-hazırda görkəmli astronomların çalışdığı Şamaxı Astrofizika Rəsədxanasının kollektivinə gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.

Onlayn formada təşkil olunmuş beynəlxalq konfransda tanınmış rəssam Hüseyn Mirtəqəvi də çıxış edərək, yubiley münasibəti ilə akademik H.Sultanovun ailə üzvlərini, həmçinin bütün astronomları təbrik edib. Sonra isə H.Sultanovun faner üzərində cərrah bıçağı ilə çəkilmiş portretini konfrans iştirakçılarına təqdim edib. Portretin üzrəindəki müxtəlif əlavə təsvirlərin açıqlamasını verən rəssam, öz əl işini rəsədxananın muzeyinə bağışlayıb.

Konfransda həmçinin Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov və Tacikistan Astrofizika institutunun direktoru Gülçöhrə Koxirovanın təbrik videoları izlənilib.

Memorial hissənin sonunda akademik Hacıbəy Sultanov haqqında sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, hal-hazırda elmi məruzələr fonunda davam etdirilən beyəlxalq konfrans öz işini 5 oktyabrda başa vuracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir. 

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025