Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxanada Anım günü tədbiri keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxanada Anım günü tədbiri keçirilib
27.09.2021 15:09 / TƏDBİRLƏR Rəsədxanada Anım günü tədbiri keçirilib

27 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" 02 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) AMEA ŞAR Həmkarlar Komitəsinin və rəsədxana rəhbərliyinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsinin Anım günü tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Vətən Müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri rəsədxananın baş direktoru, müxbir üzv Namiq Cəlilov açaraq, ordumuzun dərsliklərə düşəcək zəfər salnaməsinə gedən şərəfli döyüş yolundan danışıb. Rəşadətli əsgərlərimiz özləri geri qayıtmamaq bahasına 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımızı geri qaytardılar. Alim qeyd edib ki, döyüş sadəcə cəbhədə getməyib. Belə ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan bu mübarizədə rəşadət göstərən əsgər və zabitlərimizlə yanaşı, arxa cəbhədə çalışan mülki vətəndaşlarımız, iformasiya mübarizəsində tarixi faktlarla düşmən dezinformasiyasını ifşa edən gənclərimiz, bütövlükdə yumruq kimi Ali Baş Komandımız İlham Əliyevin ətrafında birləşən xalqımız da həmin döyüşlərin iştirakçısı olub.

Namiq Cəlilov bildirib ki, Şamaxı Astrofizika Rəsədxanası kollektivi olaraq müharibə dövründə Silahlı Qüvvələr Fonduna iyanə edilmiş, ordumuza daşınmalarda nəqliyyat dəstəyi göstərilmiş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi  ilə bağlı həqiqətlərin dünya elm ictimaiyyətinə çatdırılması üçün bütün beynəlxalq əlaqələr səfərbər edilərək 200-dən çox beynəlxalq təşkilata, 700-dən çox xarici elmi əməkdaşlara rəsmi mail ünvanlandırılmış, münaqişənin real aspektləri onların diqqətinə çatdırılmışdır.

Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları cəbhədə də düşmənlə mübarizədən kənarda qalmayıb. Belə ki, ŞAR əməkdaşları və rəsədxana əməkdaşlarının övladları Vətən Müharibəsində iştirak ediblər. Həmin əmədaşlaran biri Fuad Xanmusa oğlu Cəlilov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Daha sonra tədbirdə bir sıra rəsədxana əməkdaşları da çıxış edərək Vətən Müharibəsinin Anım günü ilə bağlı təəssuratlarını bölüşüblər. Gənclərin vətənpərvər ruhda yetiştirilməsi üçün bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Tədbirə Şamaxı Rayonu Şəhidlər Xiyabanı ziyarəti ilə yekun vurulub. Rəsədxana əməkdaşları tərəfindən şəhid məzarları üzərinə tər çiçəklər qoyulub.

Tədbirdən sonra rəsədxana əməkdaşları və Həmkarlar Komitəsinin nümayəndələri Şamaxı rayonunda olan şəhid və qazi ailələrini ziyarət edərək onlara ərzaq yardımı edib. Həmçinin Vətən Müharibəsi iştirakçısı olmuş ŞAR əməkdaşlarına Anım günü ilə əlaqədar maliyyə yardımı edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025