Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxana alimlərinin elmi məqaləsi impakt faktorlu jurnalda dərc edilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxana alimlərinin elmi məqaləsi impakt faktorlu jurnalda dərc edilib
17.09.2021 10:09 / MÜHÜM HADİSƏLƏR Rəsədxana alimlərinin elmi məqaləsi impakt faktorlu jurnalda dərc edilib

AMEA  N.Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasının  (ŞAR)  Baş direktoru, müxbir üzv Namiq Cəlilov  və  f.r.ü.f.d, dosent Məhəmməd Nurməmmədovun həmmüəllifi olduğu elmi  məqalə  nüfuzlu  elmi  jurnalda  dərc  edilib.

Məqalə,  "Journal of Applied Mathematics and Physics"  jurnalının 2021-ci il  üçün  (Volume  9, No  6)  buraxılışında  nəşr  edilib.

DOI: 10.4236/jamp.2021.96081

"Application of the Method of Non-Classical Approach to Certain Problems of the Theory of Anisotropic Space Plazma in Fluid Description" (Maye yaxınlaşmasında anizotrop kosmik plazma nəzəriyyəsinin bəzi problemlərinin həllində qeyri klassik riyazi metodun tətbiqi) adlı məqalədə Günəşdən stasionar radial plazma axını (Günəş küləyi) məsələsinə baxılır. Maqnit sahəsinin istiqamətinə nəzərən plazmanın anizotropluğu və axın boyunca istilik seli nəzərə alınaraq 16 momentli MHD (maqnit hidrodinamik) tənliklər sistemi əsasında qoyulan məsələnin model tənlikləri alınmışdır. Baxılan məsələ, izotrop plazma axını üçün klassik Parker modelinin anizotrop hal üçün ümumiləşməsidir və yeni məsələdir. Alınmış model tənlikləri üç tənlikdən ibarət avtonom olmayan, qeyri xətti, cırlaşmış sinqulyar adi diferensial tənliklər sistemidir. Məsələnin qoyuluşuna görə tənliklər sisteminə daxil olan sabitlər elə tapılmalıdır ki, cırlaşma və sinqulyarlıq mümkün həll oblastında korrekt sərhəd şərtlərini və onun həllərini tam təmin etmiş olsun.

Məlumdur ki, təbiətinə görə bu cür məsələ həll olunmayan məsələlər sinfinə aiddir. Lakin, qeyri klassik yanaşma ilə stasionar halda diferensial tənliklər sistemi üçün sabitlər cırlaşma və sinqulyarlıqdan tapılıb başlanğıc şərtəri  təyin edilməklə  məsələnin  həlli korrekt  şəkildə təmin  olunmuşdur. Məsənin həlli üçün M.V.Keldış nəzəriyyəsindən  stasionar halda istifadə edilərək “epsilon“ requlyarlaşdırma, tərpənməz nöqtə nəzəriyyəsi və aprior qiymətləndirmə köməyi ilə məsələnin həllinin varlığı, yeganəliyi isbat edilmiş, həmçinin baxılan diferensial tənliklər sisteminin inteqrallanan olması haqqında kafi şərti ifadə edən teorem isbat edilərək, məsələnin analitik həlli ümümi şəkildə tapılmışdır. Bu analitik həllər ailəsinə Parker həlli də xüsus hal kimi daxildir. Məsələnin həlləri isə ədədi  təsvir olunmaqla, Parker ümumləşmiş  modelınin uyğunluğunu, yəni  tamamilə invariantlığını saxlayır. Bu cür məsələ qoyuluşuna astrofizikada ilk dəfə olaraq baxılmış və bütün yanaşmalar da ilk tətbiqə malikdir. Bu həll olunmayan sinifə daxil olan məsələnin öz həllini tapması  gələcəkdə astrofizikanın klassik problemlərindən sayılan Günəş tacının qızması və küləyin generasiyası kimi problemin cözülməsində mühüm addım ola bilər.

Qeyd edək ki, bu sahədə artıq müəlliflər tərəfindən yeni tədqiqatlara  başlanılıb və müvəffəqiyyətlə davam etdirilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025