Ekskursiyalar Saytın xəritəsi
AZEN
Astronom alim Ədalət Ətayinin 70 yaşı olub - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Astronom alim Ədalət Ətayinin 70 yaşı olub
16.08.2021 10:08 / MÜHÜM HADİSƏLƏR Astronom alim Ədalət Ətayinin 70 yaşı olub

2021-ci ilin avqust ayının 15-i görkəmli astronom, alim-pedoqoq, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Planetlər və kiçik səma cisimləri” şöbəsinin  müdiri, f.r.ü.f.d, dosent Ədalət Ətayinin 70 yaşı tamam olub. Alim fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan Astronomiya elmində silinməz izlər qoyub.

Ətayi Ədalət Əbülfət oğlu 1951-ci ilin 15 avqust tarixində Goranboy rayonunun Naftalan qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Naftalan orta məktəbini bitirmiş və elə həmin ildə də Bakı Dövlət Universitetininin (BDU) fizika fakultəsinə daxil olmuşdur. 1973-cü ildə universiteti bitirmiş və Milli Elmlər Akademiyanın N.Tusi adına Şamaxı Astrofizika rəsədxanasına təyinatla göndərilərək, burada “Planetlər fizikası” laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır.

1975-ci ildə AMEA-nın aspiranturasına qəbul olunmuş və adı Mars planetinin xəritəsindəki kraterlərdən birində əbədiləşdirilmiş dahi astronom Nadir İbrahimovun rəhbərliyi altında “Günəş sistemi planetlərinin atmosferlərinin tədqiqi” işi ilə məşğul olmağa başlamışdır. N.İbrahimovun vəfatından sonra elmi tədqiqatlarımı davam etdirmək üçün Alma-Ata şəhərindəki Astrofizika İnstitutunda görkəmli astrofizik, professor V.Q.Teyfelin rəhbərliyi altında işləmiş və 1981-ci ilin fevralında Kiyev şəhərindəki Baş Astronomiya Rəsədxanasının İxtisaslaşmış Elmi Şurasında “Uran, Neptun və nəhəng planetlərin parlaq peyklərinin spektrofotometriyası” mövzüsunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

70-dan çox elmi məqalənin və 100-ə yaxın elmi kütləvi məqalələrin müəllifidir. Orta məktəblər üçün hazırlanmış “Astronomiya” kitabının müəlliflərindən biri olmuşdur. Onun elmi tədqiqat işlərinə dünyanın müxtəlif jurnallarında müsbət münasibət göstərilir, istinadlar edilir.

Ə. Ətayi həmçinin, “Günəş sistemi planetləri” monoqrafiyasının müəllifidir. Monoqrafiya bütünlüklə  N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Günəş sistemi planetlərinin tədqiqinə həsr olunmuşdur. Müəllif ŞAR-da yarım əsrə yaxın dövrdə fəaliyyəti zamanı nəhəng planetlərin spektrofotometriyası və onların atmosferində baş verən dinamik proseslərin şərhini verməyə nail olmuşdur.

Avropa  astronomiya cəmiyyətinin üzvüdür. 1984-2000-ci illərdə respublika ali məktəblərində-Azərbaycan Pedoqoji Universiteti və Bakı Dövlət Universitetində ixtisas kursu aparmış və bu gün Şamaxı Astrofizika Rəsəd­xanasında "Planetlər və kiçik səma cismləri" şöbəsinin müdiri vəzifəsində çalışır.

Ömrünü astronomiya elminə və  yeni astronomlar yetişdirməyə həsr etmiş Ədalət Ətayi 2005-2011-ci illərdə AMEA-nın 2 fəxri fərmanı ilə təltif edilmişdir.

Astronomiya elminin görkəmli siması olan Ədalət Ətayini doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir. 

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025