Ekskursiyalar Saytın xəritəsi
AZEN
22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd edilir - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd edilir
22.07.2021 12:07 / MÜHÜM HADİSƏLƏR 22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd edilir

Milli mətbuatımızın təməl daşı hesab olunan “Əkinçi” qəzetinin yaranmasından 146 il ötür. Qa­baqcıl ideyaların təbliği yolu ilə milli oyanış və maarifçilik ideyalarını yaymaq, xalqı cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq kimi missiyanı öz üzərinə götürən bu mətbu orqan o zamanlar ölkəmizin ictimai-siyasi həyatında dəyişikliklər etməyi bacarmışdı. Eyni zamanda maarifpərvər ziyalılarımızı bir araya gətirən bu nəşr sonralar digər milli kütləvi informasiya vasitələri üçün mükəmməl bir məktəb olmuşdur.

Həsən bəy Zərdabinin redaktoru və naşiri olduğu  qəzetin səhifələrində dünyanın aparıcı ölkələrinin mətbu orqanları haqqında məlumatlar dərc edilir, dünya xalqlarının mədəniyyətindən nümunələr göstərilirdi. Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: “Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin”.

Cəmi 2 il çap olunan və bu dövr ərzində 56 nömrəsinin işıq üzü gördüyü “Əkinçi” qısa müddət ərzində Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. “Əkinçi”dən sonra yaranan “Ziya”, “Ziyayi-Qafqaziyyə, “Həyat”, “İrşad”, “Şərqi-rus”, “Kaspi”, “Molla Nəsrəddin” kimi mətbu nümunələr ilk qəzetimizin ideyalarını davam etdirdilər.

Söz, fikir azadlığı, qloballaşma prosesinin sürətlənməsi cəmiyyətin bütün sahələrində olduğu kimi, mediada da yeni yanaşmalar ortaya qoyub. Hazırda Azərbaycanda fəaliyyətini qabaqcıl texnologiyaların tətbiqi ilə günümüzün tələbləri səviyyəsində qurmağı bacaran media inkişaf etməkdədir. Bu da bir həqiqətdir ki, hazırkı səviyyəyə çatana kimi Azərbaycan jurnalistikası məşəqqətli yol qət edib. Ölkəmizdə dərc olunan gündəlik, həftəlik və aylıq qəzetlər, radio və televiziyalarla yanaşı, müxtəlif sahələri əhatə edən elektron media sayt, portal və internet televiziyalar fəaliyyət göstərir. Əhalinin 80 faizindən çoxu fəal internet istifadəçisidir, sosial mediadan istifadə edənlərin sayı isə 2 milyon nəfəri ötüb. Bu rəqəmlər ölkəmizdə azad medianın uğurla inkişaf etdiyinin göstəricisidir.

Ötən əsrin sonlarından başlayaraq Azərbaycan mətbuatının inkişafına xüsusi diqqət və qayğı göstərilir, KİV-nin maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində layihələr həyata keçirilir.

Ümummili lider Heydər Əliyevin müstəqillik illərində ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində qəbul etdiyi qərarlar bu sahənin tərəqqisinə, peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Daim özünü jurnalistlərin dostu adlandıran, hər zaman təkcə ölkəmizin deyil, dünya mətbuatına da açıq olan Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən də daim mətbuatın inkişafı, jurnalistlərin stimullaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Dövlət başçısının 2005-ci ildən başlayaraq 5 ildən bir Azərbaycan milli mətbuatının yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalaması, bu münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verməsi ölkəmizdə jurnalist əməyinə, jurnalistika tariximizə, o cümlədən milli-mənəvi dəyərlərimizə verilən yüksək dəyərin göstəricisidir.

Azərbaycanda medianın inkişafından söhbət açarkən Milli Elmlər Akademiyasının (AMEA) bu sahənin inkişafında əhəmiyyətli rolunu qeyd etməliyik. Azərbaycanda elmi jurnalistikanın əsasını qoyan “Elm” qəzeti, “Elm və həyat” jurnalı və digər nəşrlərlə yanaşı,  ilk mətbu nəşrin ərsəyə gəlməsindən düz 120 il sonra, 1995-ci ildə fəaliyyətə başlayan, ölkənin ilk veb-saytı olan science.gov.az müasir dövrümüzün elektron “Əkinçi”si hesab olunur.  Bu portal həm də Azərbaycanda internet medianın inkişafında mükəmməl məktəb olub. Ölkəmizin ilk elmi internet televiziyası olan “Elm TV” də məhz AMEA İnformasiya Texnologiyaları İnstitutunda yaradılıb.

Artıq dövrün tələblərinə uyğun olaraq AMEA-nın bütün müəssisələrinin, o cümlədən də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi-populyar nəşrləri ilə yanaşı, dövlət tərəfindən elmdə aparılan islahatları, eləcə də dünya və ölkə elmində əldə edilmiş nailiyyətləri obyektiv şəkildə işıqlandıran, təbliğ edən veb-saytı (shao.az) uğurla fəaliyyət göstərir. Hazırda alim və mütəxəssislərin xüsusi karantin rejiminə uyğun olaraq gördüyü işlər, aparılan tədqiqatlar, əldə olunan uğurlu elmi nəticələrlə bağlı son məlumatlar işıqlandırılır.

Bu gün cəmiyyətin öndə gedən peşə sahibləri olaraq fasiləsiz şəkildə ictimaiyyətin xidmətində dayanan ölkə jurnalistlərinin peşə bayramıdır. Bu münasibətilə müxtəlif media orqanlarında fəaliyyət göstərən bütün qələm sahiblərini ürəkdən təbrik edir, yaradıcılıq uğurları arzu edirik! Həm I, həm də II Qarabağ savaşında canlarını Vətənə fəda edən Şəhid həmkarlarımıza Allahdan rəhmət diləyirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025