1969-cu il iyul ayının 21-i ilk dəfə bəşər övladı yaşadığımız dünyanın digər bir məkanına - Aya qədəm qoydu. Qrinviç meridianı ilə gecə saat 02:56:20-də Amerikaya məxsus “Apallon - 11” kosmik gəmisinin bortunda yerləşdirilmiş tele-kamera bütün dünyaya Nil Armstronqun Ayda raketin içindən çıxması və Ay səthinə enməsini nümayiş etdirmişdi. O zaman hətta radio dalğası ilə Yerə astronavtın sözləri də çatdırılmışdır: “Bu insan üçün kiçik bir addım, insanlıq üçün isə böyük bir sıçrayışdır”.
Bu ideyanın, daha dəqiq desək proqramın müəlifi isə ABŞ-ın 35-ci prezidenti, adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilən Con Kennedi idi. Bu əlamətdar hadisə onun tarixə ən mühüm töhfəsi hesab olunur. 1961-ci il may ayının 25-də, Yuri Qaqarinin uçuşundan 43 gün sonra, Konqres qarşısında çıxış edən Kennedi onilliyin sonuna qədər Aya insanın göndərilməsi tapşırığını irəli sürmüşdür. Özlərinin də etiraf etdikləri kimi, “Apallon” proqramı Sovet imperiyasının kosmosdakı uğurlarına cavab xarakteri daşıyırdı. 1950-ci illərdə raket texnologiyasına lazımi diqqət ayırmayan ABŞ, özünün iqtisadi və texnoloji üstünlüyünü sübut etməli idi. 1962-ci ildə Kennedinin səsləndirdiyi digər bir nitqdə deyilirdi: “Biz Aya uçuşu ona görə seçdik ki, güclərimizi qiymətləndirək və qaydaya salaq. Bu bir yarışmadır və biz bu yarışmada qalib gəlməliyik”.
Artıq 1961-ci il may ayının 5-də amerikalıların kosmosa uçuşu təşkil edilmişdi. Lakin, bu zaman Amerika hərbi gəmisi kosmosa tam yaxınlaşa bilməmişdi və amerikalıların bu uçuşunu tam olaraq Con Qlenn 1962-ci il fevralın 20-də icra etmişdi. 1968-ci il dekabr ayında “Apallon-8” raketi tarixdə ilk dəfə olaraq Yer orbitini tərk edərək Ay ətrafında dövr etmişdir. “Apallon-11” isə 1969-cu il iyul ayının 16-da Qrinviç ilə saat 13:32-də starta başlamışdır. Uçuşun həyata keçirildiyi Hyustonun uçuş mərkəzində keçmiş prezident Lindon Conson, vitse-prezident Spiro Aqnyu və raket sənayesinin “patriarxı” Qerman Obert iştirak ediblər. Bu mənzərəni gözləri ilə izləmək üçün kosmodroma milyona yaxın insan toplaşmışdı. Yüzmilyonlarla tamaşaçı isə Aya ilk səfəri televiziyadan izləmişdi. Saat 16:30-da hava gəmisi Ay istiqamətində sərbəst hərəkətə başlamışdır. Uçuşun 55-ci saatında Nil Armstronq və Edvin Oldrin Aya enən aparata keçir. Üçüncü astronavt Maykl Kollinz onları Ay orbitində gözləməli idi. Startdan 76 saat sonra gəmi Ay orbitinə çatır, 100 saatdan sonra isə aparat gəmidən ayrılmağa başlayır. Aya enmək avtomatik rejimdə mümkün olur, lakin Armstronq hələ Yerdə olarkən qərara alır ki, təqribən 100 metr hündürlükdə idarəni öz əlinə alacaq. İyulun 20-də Qrinviçlə saat 20:17:42-də Armstronqun olduğu Ay modulu “Sakitlik dənizi”nə enmişdir.
Proqrama görə astronavtlar Aya qədəm basmazdan öncə yatmalı idilər. Lakin, onlar bildirdilər ki, onsuzda yuxuya gedə bilməyəcəklər və uçuşun tibbi rəhbəri onlara Ayda gəzdikdən sonra dincəlməyə icazə verir. “Apollon-11” 21 saat 36 dəqiqə Ayda oldu. Armstronq bu vaxtın 2 saat 10 dəqiqəsini, Oldrin isə bir qədər artıq vaxt gəmidən kənarda keçirmişdir. Hər bir astronavtın hava təminedici skafandrı dörd saata qədər nəzərdə tutulmuşdu. İlk növbədə astronavtlar Ayda gəzmək üçün müxtəlif yolları yoxlayır, sonra isə adi gəzmə yolunun üstün olduğunu aşkarlayırlar. Bundan sonra onlar televiziya kamerasını və Amerika bayrağını Ay səthi üzərində quraşdırırlar. Onlar iki dəqiqə ərzində radio ilə prezident Niksonla danışırlar, 24,9 kiloqram Ay daşı və süxurları toplayır, iki elmi qurğu – seysmometr və lazer şüaqaytarıcısı quraşdıraraq gəmiyə qayıdırlar. İyul ayının 21-i 17:57-də geriyə starta başlayırlar. 30 ildən sonra Ağ Ev və NASA-nın gizli sənədləri dərc edildikdən sonra bu riskin nə dərəcədə böyük olduğu aşkara çıxmışdır..
Alimlər meteorit təhlükəsinə də ciddi yanaşırdılar. Bir çoxları hesab edirdilər ki, Ayın səthi kiçik hissəciklərin fasiləsiz zərbəsi altındadır və kosmik sürətin hesabı ilə hətta adi tozcuq da ölüm gücünə malikdir. Həm də skafandırın azacıq zədələnməsi nəticəsində astronavt yalnız iki dəqiqə dayana bilər. Gəmi rahatlıqla Ay tozunda bata bilər və ya bircə daşın tərpənməsi nəticəsində gəmi zədələnə bilərdi. Lakin, ən ciddi təhlükə bu idi ki, Ay modulu, mühərriyində olan çətinliklərlə əlaqədar Yerə istiqamət ala bilməzdi.
Starta altı gün qalmış sızılmış helium balonlarından birində axma aşkarlanır. İki nəfər texnik bu qəzanı aradan qaldırır. Aya enərkən helium astronavtlar üçün yenidən sürpriz yaradır. Xoşbəxtlikdən asrtonavtlar bu çətinliyi də aradan qaldıra bilirlər. Ekspedisiyaya son qoymalı olan ən təhlükəli səhf isə astronavtların gəmidən çıxış etdiyi zaman yaşanıb. Qaranlıq aralıqda iri skafandırla hərəkət edən astronavtlardan biri idarə pultunda bir knopkanı zədələyir. Borta qayıtdıqdan sonra onlar yerdə balaca bir qara plastmas aşkarlayır. Yerə eniş zamanı heç bir təhlükə yaranmır. Onların yoldaşı Maykl Kollinzin gözlədiyi orbit modulu ilə bitişmə üç saatdan sonra baş tutur. İyul ayının 24-də, 195 saat 15 dəqiqə 21 saniyədən sonra “Apallon-11” Sakit okeana enir. Xüsusi üzmə balonları işə düşdükdən sonra raket düzgün mövqe alır. 20 dəqiqədən sonra həmin əraziyə vertalyot yaxınlaşır. Buradan təyyarəyə yerləşdirilən astronavtlar dərhal karantin furqonuna salınırlar. Hətta həmin yerə gələn prezident də onlarla şüşə arxasından əlaqə saxlayır. Səyahətçilər 21 gün təcrid edilmiş ərazidə saxlanılmalı idi, lakin heç bir anomal bioloji təhlükə aşkarlanmadığından bu müddət qısaldılmışdır. Bundan sonrakı üç il yarım ərzində amerikalılar Aya daha altı dəfə səyahət etdilər. 1972-ci ilin dekabrında bu proqram sona çatmış elan edildi. SSRİ 1960-cı illərdə bu sahədə çox çarpışsa da, amerikalıları ötə bilmədiyindən bu istəkdən vaz keçdi.
Gəminin üç nəfərdən ibarət uçuş heyəti çox gözəl və o vaxtadək heç yerdə nümayiş olunmayan fotoşəkillər çəkib. Bu Apollo proqramının ən məşhur görüntülərindən biri sayılır. Armstrong Startdan 102 saat və 45 dəqiqə keçmiş Columbia kosmik aparatından ayrılan Eagle modulu Ayın səthinə enir və astronavtlar modulu tərk edərək bayıra çıxırlar. Oldrinin ayaq izi şəkli isə onların çəkdiyi ilk şəkillərdən biri olur. Armstrong və Oldrin Ayın səthində ABŞ bayrağını qururlar və Oldrin ona hərbi salam verir. Oldrinin şleminin üzərində onun fotoşəkilini çəkən Armstrongu da görmək olur. Bu qoşa portret Apollo missiyası ilə bağlı ən çox dərc olunan görüntü sayılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.