Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
01.07.2021 14:07 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Proqnoz dövründə Günəş fəallığı C sinfinə malik alışmalar hesabına aşağı səviyyədə olmuşdur. Günəşdə 2835 (S18W01, Eki/beta-gamma-delta) oblastı genişlənmiş, nəticədə maqnit sahəsinin mürəkkəbliyinin artması hesabına aralıq və aparıcı seksiyalar arasında olan müxtəlif qarışıq qütblü ləkələri dəyişmişdir. Bu region qeyri-stabil olmaqla C sinfinə aid iki alışmanın da mənbəyi olmuşdur: 30/1815 UTC baş verən C3 alışması daha böyük olmuşdur. 2836 (S27W06, Cro/beta) oblastının parçalanması davam etmiş və lakin aktiv olmamışdır. 2837(N17E42, Hrx/alpha) oblastı stabil olmuşdur. STEREO A COR2-də CME (Coronal Mass Ejections - Tac kütlə atılması) müşahidə olunmamışdır. CME-lərin yaranacağı təqdirdə onlar koronoqrafda şəklinin alınması ilə araşdırılacaqdır.  

Günəşdə alışmaların baş vermə ehtimalı M sinif üçün 15%, X sinif üçün 1%, C sinif üçün 65% dən aşağıdır.

Yüklü zərrəciklər – Enerjisi 2 MeV-dən böyük olan elektron seli hesabat dövrü ərzində normal və aşağı səviyyədə olmuşdur. 10 MeV-dən böyük enerjili proton seli də hesabat dövrü ərzində fon səviyyəsində qalmışdır.

Günəş küləyi – Hesabat dövründə DSCOVR kosmik aparatı vasitəsi ilə aparılan ölçmələr Günəş küləyi parametrlərinin dəyişməsini müşahidə etmişdir. Bunun hesabına İMF-in (İnterplanetary Magnetic Field - Planetlərarası maqnit sahəsi) güclənməsi və həyacanlaşması müşahidə olunmuşdur. Ümumi maqnit sahəsi artmış və 30/1721 UTC də maksimum olmuşdur: 11 nTl. Bz komponenti dəyişmiş, lakin əsasən cənuba yönələrək period ərzində bir neçə dəfə - 10 nTl maksimal qiymət almışdır. Günəş küləyi sürətini artırmış, 30/1700 UTC-dən sonra sürəti 450-521 km/san.-ə çatmışdır. Phi bucağı periodun ilk yarısında əsasən müsbət olmuş, lakin 30/1200UTC-dən sonra sektorlar arasında dəyişmişdir.

Geomaqnit sahə – Geomaqnit sahə son sutka ərzində Günəş küləyinin dəyişməsinə müvafiq olaraq dəyişkən olmuşdur.  

Kosmik hava proqnozu – Proqnoz dövründə (01-03 iyul) Günəş fəallığı aşağı səviyyədə olacaq. 2835 regionunun mürəkkəbliyinin inkişafı və artması hesabına kiçik ehtimalla M sinif (R1-R2, radiosiqnalların cüzi-zəif kəsilməsi halları) alışmalar ola bilər.  C sinif alışmalar üçün 65%, M sinif üçün 15% və X sinif üçün 2% proqnozlaşdırılır.

Yüklü zərrəciklər – 2 MeV-dən böyük enerjili elektron selinin proqnoz dövründə (01-03 iyul) normal səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən böyük enerjili proton selinin proqnoz dövründə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyi – 01-03 iyul tarixlərində  Günəş küləyinin CH HSS (Coronal Hole High Speed Streama -Tac dəliyindən çıxan yüksək sürətli axınlar) və yaxın və ya zəif keçid prosesləri hesabına bir çox dəyişkənliyə və həyacanlaşmalara məruz qalacağı gözlənilir. 01 iyul tarixində şümal qütb CH HSS genişlənməsinin çox kiçik də olsa təsiri gözlənilir. 27 iyun 2021 tarixində baş vermiş CME çox ehtimal ki, Yerin orbital trayektoriyasının önündən keçəcək və İMF-ə təsir edərək onu daha çox dəyişə biləcəkdir. İstənilən effektiv normallaşma  iyulun 2-dən etibarən baş verə bilər. 29 iyun 2021-ci il tarixdə baş vermiş CME hesabına 03 iyul tarixində İMF-in daha bir həyacanlaşması gözlənilir.

Geomaqnit sahə – 01 iyul tarixində CH HSS effektləri və yaxın qısamüddətli proseslər hesabına sakit, lakin aktiv şərait gözlənilir.  02 iyul tarixində Günəş küləyinin şəraiti daha az həyacanlaşdırıcı olması ehtimalı ilə geomaqnit sahə əsasən sakit olacaqdır. 03 tarixində CME (29 iyun) hesabına geomaqnit sahənin qeyri-stabil olmaqla dəyişməsi gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025