Ekskursiyalar Saytın xəritəsi
AZEN
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür
25.06.2021 10:06 / MÜHÜM HADİSƏLƏR 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Qürur mənbəyimiz olan Azərbaycan Ordusu mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığını ötən il II Qarabağ savaşında bütün dünyaya nümayiş etdirdi. Ən müasir silah-sursatlar, müxtəlif  hərbi texnika ilə təmin olunmuş Azərbaycan Respublikası Silahlı Qüvvələri hazırda dünyanın ən güclü orduları sırasındadır. İşğalçı Ermənistanın təxribatlarına cavab olaraq qazanılan böyük zəfərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qüdrəti və qəlbi Vətən eşqi ilə döyünən hərbçilərin, eləcə də xalqımızın sarsılmaz birliyi sayəsində müvəffəq olduq. 44 gün davam edən Vətən müharibəsində qazanılan qələbəmiz sözün əsl mənasında tarixi ədalətin bərpasıdır.   

Ölkəmizin mükəmməl hərbi-sənaye kompleksinə malik olması, ordumuzun müasir dövrün tələblərinə cavab verən hərbi texnikalarla silahlanması danılmaz reallıqdır.  Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını, həmçinin müstəqil siyasət yeritməsini təmin etməyə imkan yaradıb. Tarixi zəfərimiz isə dövlətimizin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də təsdiqidir. Xalqın dəstəyindən ilham alan ordumuz Vətən müharibəsinin ilk günlərindən taktiki üstünlüyü ələ alaraq hər gün yaşayış məntəqələrimizi, strateji yüksəklikləri azad etməklə növbəti günlərdə düşmən üzərində tam üstünlüyə nail olurdu.

Qeyd etdiyimiz kimi, ordu quruculuğunda həyata keçirilən əhəmiyyətli islahatlar, bu məsələ ilə bağlı dövlət başçısı tərəfindən qəbul edilən taleyüklü qərarlar nəticəsində hazırda həm hərbi potensialına, həm də döyüş qabiliyyətinə görə fərqlənən güclü ordu formalaşıb. Ordumuzun sıralarında isə torpaqlarımızın azadlığı uğrunda gözlərini qırpmadan canlarını fəda etməyə hazır olan peşəkarlığı, cəsurluğu  ilə seçilən əsgər və zabitlərimiz cəmlənib. Döyüş meydanında şücaət göstərən hərbçilərimiz böyükdən-kiçiyə hər birimizə qürurverici anlar yaşatdı, qəlbimizi fərəhlə doldurdu. Həm canlı qüvvə, həm də döyüş texnikası baxımından böyük itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri darmadağın edildi. Vətən müharibəsində şəhid olan, yaralanan və bu döyüşlərdə mətinliklə iştirak edən oğullarımız  qürurverici tarix yazdılar. Bu şanlı tarixi əks etdirən Zəfər Paradını isə televiziya yayımı vasitəsilə bütün dünya izlədi. Müzəffər Ordumuzun işğaldan azad olunmuş ərazilərdə döyüş meydanından vahimə içində qaçan düşmən ordusundan qənimət götürdüyü və sıradan çıxardığı 2 mindən çox avtomobilin nömrə nişanından hazırlanan kompozisiya həmin paradda nümayiş etdirildi. Bu nəhəng lövhə və  üzərinə həkk olunan “Qarabağ Azərbaycandır!” şüarı işğalçı Ermənistana, onun havadarlarına göz dağı oldu. İndi hər kəs ələ keçirilən hərbi texnika, silah-sursat və s. şəhərimizin mərkəzində yaradılmış Hərbi Qənimətlər Parkında canlı izləyə bilir.

Müharibə başlayan gündən bir tərəfdən şəhidlərimizi qarşılayarkən itkilərimizə kədərlənir, digər tərəfdən isə ölkə rəhbərinin verdiyi qələbə müjdəsindən ruhlanırdıq. Öz canı və qanı bahasına bu sevinci bizlərə yaşadan qəhrəman oğullarımız, qazilərimiz hər birimizin qürur mənbəyi olan Şanlı Ordumuzun Şahinləridir.

Bəli, bu ilin 26 iyun tarixi ifadə etdiyi məna baxımından tamam başqa bir gündür. 30 ildən sonra Azərbaycan ilk dəfə bu əlamətdar günü ərazi bütövlüyü bərpa olunmuş şəkildə qeyd edir. Təbii ki, belə bir gündə ən böyük təbrik də məhz bu Zərəfin memarı olan Azərbaycan Ordusuna düşür. Vətənin azadlığı yolunda canını fəda edən şəhidlərimizə rəhmət diləyir, bütün əsgər və zabitlərimizi, hərbi qulluqçuları ürəkdən təbrik edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025