Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının kitabxanası müasir informasiya sistemi ilə təkmilləşdirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının kitabxanası müasir informasiya sistemi ilə təkmilləşdirilib
17.06.2021 12:06 / RƏSƏDXANA XƏBƏRLƏRİ Şamaxı Astrofizika Rəsədxanasının kitabxanası müasir informasiya sistemi ilə təkmilləşdirilib

Ölkənin fundamental elmi kitabxanalarından sayılan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları, qurumun tabeliyində olan AMEA-nın elmi tədqiqat institutlarının kitabxanalarında qabaqcıl kitabxana informasiya sistemini tətbiq etmək məqsədilə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi Kitabxanasında ezamiyyətdə olublar.

MEK-in "İnnovativ layihələr və metodik təminat" şöbəsinin müdiri Səyyarə Məmmədova, "Avtomatlaşdırma və proqram təminatı" şöbəsinin müdiri Natavan Hacıyeva, "Reproqrafiya" şöbəsinin müdiri Sərdar Cabbarov, Xarici dillərdə ədəbiyyat fondunun müdiri Kubra Sadıqova səfər əsnasında Mərkəzi Elmi Kitabxananın çoxşaxəli fəaliyyəti, iş prinsipləri və sistemi, mövcud bazaları, fondları haqqında həmkarlarına geniş məlumat veriblər. Eyni zamanda ŞAR Elmi Kitabxanasının iş rejimi və fəaliyyəti, kitabxananın tarixi, mövcud fondları və fondlarının tərkibi, texniki avadanlıqları ilə yaxından tanış olublar.

MEK əməkdaşları tərəfindən kitabxananın elektron informasiya avadanlıqlarının vəziyyəti nəzərdən keçirilərək orada İRBİS-64 AKİS-in proqram təminatı quraşdırılıb (kitablar, jurnallar, tammətnli verilənlər bazaları yaradılıb). Dünyanın zəngin kitabxanalarında daha çox tətbiq olunan ARBİKON və LİBNET mərkəzləşdirilmiş kataloqlaşdırma bazalarından istifadə edərək, ŞAR Elmi Kitabxanasının fondunda olan astronomiya və astrofizikaya aid rus dilli ədəbiyyatın verilənlər bazasına avtomatik yüklənməsi imkanları barədə məlumat verilib. Bu isə gün ərzində çox sayda kitabların bazaya daxil edilməsinə imkan verir. Daha sonra ŞAR Elmi Kitabxanasının əməkdaşları proqramdan istifadə qaydaları haqqında təlimatlandırılıblar.

Qeyd edək ki, səfər zamanı AMEA MEK-in mübadilə fondundan Qarabağ tarixinə, həmçinin, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə aid 15 adda 49 nüsxə ədəbiyyat kitabxanaya hədiyyə edilib. Həmin kitablar əsasında MEK əməkdaşlarının iştirakı ilə ŞAR Elmi Kitabxanasında “Qarabağ Azərbaycandır!” və “Nizami Gəncəvi-880” adlı sərgilər təşkil olunub.

Rəsədxananın Elmi Kitabxanası daha çox astronomiya, astrofizika və fizikaya dair elmi və elmi kütləvi ədəbiyyatlarla zəngindir. Elmi kitabxanada eyni zamanda Nəsirəddin Tusinin əsərlərinin 32 və 33 inventar qeydli, 1797 və 1798-ci illərə aid iki əlyazması saxlanılır. Həmçinin kitabxanada 1860-cı ildə Sankt-Peterburqda nəşr edilmiş N.Müllerin müəllifi olduğu «Учебник космической физики», 1857-ci ildə nəşr edilmiş M.J.A. Barralın müəllifi olduğu “François Arago” və s. kimi bir çox nadir nəşr nümunələri də mövcuddur.

Görüşün sonunda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Kitabxanasının rəhbərliyinə və əməkdaşlarına MEK-in direktoru, professor Məmməd Əliyevin adından təşəkkür ifadə olunub və onlar MEK-ə dəvət ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025