Ekskursiyalar Saytın xəritəsi
AZEN
15 İyun – Milli Qurtuluş Günü böyük tarixi əhəmiyyətə malikdir - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
15 İyun – Milli Qurtuluş Günü böyük tarixi əhəmiyyətə malikdir
14.06.2021 12:06 / MÜHÜM HADİSƏLƏR 15 İyun – Milli Qurtuluş Günü böyük tarixi əhəmiyyətə malikdir

Hər bir xalqın tarixində yaşanan taleyüklü günlər sonralar onun gələcək həyatını müəyyən edən başlanğıcın əsasını qoyur. Bu mənada 15 İyun – Milli Qurtuluş Günü böyük tarixi əhəmiyyətə malikdir.  Həmin tarixə qızıl hərflərlə imza atan isə  Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, möhkəmlənməsi və inkişafında misilsiz  xidmətləri olan dünya şöhrətli siyasi xadim Heydər Əliyevdir.

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. 1993-cü ildə vətəndaş müharibəsi dərəcəsinə çatmış qarşıdurmalar birbaşa olaraq milli varlığımızı hədəfə almışdı. Belə çətin və mürəkkəb tarixi mərhələdə böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması həm bəzi xarici dairələri, həm də hürriyətimizin əleyhinə olan daxildəki bir sıra qüvvələri qane etmirdi. Torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin acınacaqlı sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək liderə ehtiyac olduğunu şərtləndirirdi. Məhz həmin vaxt müstəqilliyini yenicə bərpa etmiş ölkəmizi düşdüyü ağır və dözülməz vəziyyətdən Ulu Öndər çıxardı. O, 1993-cü ilin iyununda xalqın çağırışına səs verərək Bakıya qayıtdı. Onun müdrik siyasəti nəticəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Mövcud problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik hökm sürdü. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş yarandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. 

Heydər Əliyevin həyata keçirdiyi sosial-iqtisadi, siyasi tədbirlər nəticəsində  Azərbaycanın milli mənafeyini qorumağa qadir olduğunu 44 günlük müharibədə sübut edən Milli Ordumuz formalaşdı, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atıldı. Respublikamız “Əsrin müqaviləsi”, qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrildi. Ölkədə daha genişmiqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Bir sözlə, Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı.

Görkəmli dövlət xadimi Heydər Əliyev müstəqilliyimizin memarı və qurucusudur.  İti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona Ümummilli lider mövqeyi qazandırıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək zirvələri fəth edəcək.

1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilən 15 İyun - Milli Qurtuluş Günü münasibətilə AMEA Nəsirəddin Tusi adına Şamaxı Astorfizika Rəsədxanasının rəhbərliyi və kollektivi adından bütün xalqımızı, ölkə vətəndaşlarını təbrik edir, sülh və əmin-amanlıq arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025