Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
04.06.2021 09:06 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib

İyun ayının 3-də, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən a.ü.f.d Günel Bahəddinova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin elmi işçisi Aynurə Həsənova “HD208501 (B8 Ib) ifratnəhəng ulduzun spektrində Hα xəttinin udulma və şüalanma komponentinin dəyişməsi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi, isti ifratnəhəng ulduzlar və onların tipik nümayəndəsi olan HD 208501(B8 Ib) ifratnəhəng ulduzu haqqında ümumi məlumat verib. O, HD 208501(B8 Ib) ifratnəhəng ulduzunun 2013-2019-cu il tarixlərində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda alınmış spektrləri əsasında Hα və Hβ və HeI xətləri profillərinin dəyişməsi və spektral parametrlərinin tədqiqinin nəticələrini şərh edib.

A.Həsənova seminarda qeyd edib ki, HD208501 ulduzunun spektrində atmosferin fəallıq fazasından asılı olaraq Hα xəttinin profili mürəkkəb quruluşa malik olduğunu,  Hα, Hβ və HeI xətlərinin profillərinin şüa sürətləri və ekvivalent eni bir həftə və daha kiçik zaman fasilələrində dəyişir. Aparılmış hesablamalar nəticəsində aşkar olmuşdur ki, HD208501 ulduzunun atmosferində xətləri müşahidə olunan elementlərdə şüa sürətlərinin laylara görə stratifikasiyası mövcuddur. Xətlərin şüa sürətlərinin dəyişmə amplitudu və orta qiyməti atmosferin aşağı qatlarından yuxarı qatları istiqamətinə doğru artır, lakin, HeI xəttinin yarandığı atmosferin aşağı qatları isə ulduzun mərkəzinə tərəf sıxılır. Müşahidələrdən alınmış bu nəticələr sübut edir ki, HD208501 ulduzunun ətrafında müəyyən bucaq altında müşahidəçiyə tərəf yönəlmiş, fırlanan, qeyri-bircins sıxlığa malik diskəbənzər qaz örtüyü vardır. Ehtimal olunur ki, yuxarıda qeyd olunan bu dəyişmələr ulduzun döyünməsi və ulduzla ulduzətrafı örtüyün qarşılıqlı təsiri nəticəsində baş verir.

Seminar iştirakçılarının böyük marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025