Ekskursiyalar Saytın xəritəsi
AZEN
Astronomiya elminə ağır itki üz verib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Astronomiya elminə ağır itki üz verib
03.06.2021 13:06 / MÜHÜM HADİSƏLƏR Astronomiya elminə ağır itki üz verib

Faiq Adil oğlu Musayev 19 avqust 1959-cu ildə Azərbaycan Respublikasının Quba rayonunda anadan olmuşdur. O, 1981 –cı ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmiş və gənc mütəxəssis kimi Kosmik Tədqiqatlar İnstitutunda əmək fəaliyyətinə başlamışdır.

1982-ci ildən AMEA Şamaxı Astrofizika Rəsədxanasında elmi işçi vəzifəsinə işə qəbul edilmişdir.

1992-ci ildə Faiq Musayev Rusiya Elmlər Akademiyasının Xüsusi Astrofizika Rəsədxanasında dissertasiya işini uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.

1995-ci ildən öz xahişi ilə Şamaxı Astrofizika Rəsədxanasından işdən çıxmış və həmin ildən dünyanın ən məşhur astrofizika mərkəzlərindən biri olan Rusiya Elmlər Akademiyasının Xüsusi Astrofizika Rəsədxanasında elmi fəaliyyətini davam etdirmişdir. O, uzun illər orada çalışmış və teleskoplar üçün spesifik elektron işıqqəbuledicilərinin yığılması ilə bağlı böyük təcrübə qazanmışdır. Optik cihazların yığılmasında yüksəkkvalifikasiyalı eksperimentator-spektroskopist kimi özünü təsdiq etmişdir. Son illərdə onun Rusiya, Polşa, Bolqarıstan kimi ölkələrin Rəsədxanalarındakı teleskoplar üçün yığdığı cihazlar böyük müvəffəqiyətlə sınaqdan keçmiş və özünü doğrultmuşdur. Onun hazırladığı cihazlarda alınmış yüksəkkeyfiyyətli müşahidə materialları əsasında müxtəlif müəlliflər tərəfindən maraqlı nəticələr alınmışdır.

Faiq Musayevin Şamaxı Astrofizika Rəsədxanası ilə REA Xüsusi Astrofizika Rəsədxanası arasında əlaqələrin genişləndirilməsində, Rəsədxana teleskoplarında qurulan optik cihazların hazırlanmasında xüsusi xidmətləri olmuşdur.

İşlədiyi müddət ərzində dünyanın aparıcı jurnallarında 150-dən çox elmi məqaləsi çapdan çıxmışdır.

01 iyun 2021-ci il tarixdə Faiq Adil oğlu Musayev gözlənilmədən vəfat etmişdir. AMEA Şamaxı Astrofizika Rəsədxanasının kollektivi, həmyerlimiz, Rusiya Elmlər Akademiyasının  Xüsusi Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Faiq Adil oğlu Musayevin vəfatından kədərləndiklərini bildirir və ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.

Faiq Musayevin xatirəsi onu sevənlərin qəlbində daima yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025