Ekskursiyalar Saytın xəritəsi
AZEN
Alimlər Günəşin fotosferində maqnit dalğalarının mövcudluğnu nəhayət ki, təsdiq etdilər - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Alimlər Günəşin fotosferində maqnit dalğalarının mövcudluğnu nəhayət ki, təsdiq etdilər
31.05.2021 12:05 / ASTRO XƏBƏRLƏR Alimlər Günəşin fotosferində maqnit dalğalarının mövcudluğnu nəhayət ki, təsdiq etdilər

Tədqiqatçılar Günəşin səthində - onun fotosferində Alfven dalğaları kimi tanınan maqnit-plazma dalğalarının mövcudluğunu təsdiqlədilər.

Nature Astronomy jurnalında nəşr olunan tədqiqat işinin nəticələri, ilk dəfə 1947-ci ildə Nobel mükafatçısı fizik Hans Alfven tərəfindən kəşf edilən bu maraqlı dalğalara yeni prizmadan baxmağa əsas verir. Bu dalğaların geniş potensialı sırf maqnit təbiətinə görə çox böyük məsafələrə enerji və məlumat daşımaq qabiliyyətindədir.

Alfven dalğalarının Günəş atmosferinin ən aşağı təbəqəsi olan fotosferdə birbaşa kəşfi, bir sıra mühüm problemlərin həllində bu maqnit dalğalarının fiziki xüsusiyyətlərindən istifadə etmək üçün mühüm addımdır. Çünki Alfven dalğalarının uzaq məsafəyə enerji daşımaq qabiliyyəti Günəş və plazma fizikası üçün çox aktualdır. Bu bir əsrdən bəri həll olunmamış bir problemi - Günəş atmosferinin həddindən artıq qızmasını izah etməyə kömək edə bilər. 
Alfven dalğaları maqnit sahəsi və elektrik cərəyanının qarşılıqlı təsirindən yüklü zərrəciklərin rəqsləri nəticəsində yaranır və onları dedektə etmək çox çətindir. Günəş atmosferində maqnit sahəsi onun selinin yaratdığı borular kimi təsəvvür edilə bilər. Xüsusiyyətinə görə maqnit borusunda yayılan Alfen dalğaları iki formada özünü göstərə bilər: Oxa simmetrik burulğanlı həyəcanlanmalar formasında (simmetrik rəqslər borunun oxu boyunca yaranır);  Anti-simmetrik burulğanlı həyacanlanmalar formasında (rəqslərin yayılması boruda  hər iki əks istiqamətdə baş verir). Əvvəlki iddialara baxmayaraq, burulğanlı Alfen  dalğaları  maqnit seli  borularında  hətta ən sadə oxa simmetrik formalarda belə, Günəşin fotosferində  heç vaxt birbaşa təsbit edilməmişdi.

Tədqiqatçılar, təqribən 50 il əvvəl ilk dəfə proqnozlaşdırılan anti-simmetrik burulma dalğalarının mövcudluğunu sübut etmək üçün Avropa Kosmik Agentliyinin IBIS cihazı  tərəfindən aparılan Günəş atmosferinin yüksək dəqiqlikli müşahidələrindən istifadə ediblər. Onlar həmçinin bu dalğaların Günəş fotosferindən böyük miqdarda enerjinin ayrılmasını təmin etmə xüsusiyyətinin  geniş bir tədqiqat oblastını əhatə etməsini və sənayedə tətbiq olunması potensialını təsbit ediblər. Bu müşahidələrə əlavə olaraq, qeydolunmayan dalğaların həyəcanlanma mexanizmlərini araşdırmaq üçün ədədi modelləşdirmədən (simulyasiyalardan) istifadə olunub. Tədqiqat qrupu Günəş atmosferində maye yaxınlaşmasında dinamikanı modelləşdirmək üçün istifadə olunan  maqnithidrodinamik (MHD) simulyasiyasını tərtib ediblər ki, həmin simulyasiyanın verdiyi nəticələr Günəşdə baş verən proseslərlə uyğunluq təşkil edir. Bu isə simulyasiyaların dalğanın yaranma mexanizmlərini tapmaq və izah etmək üçün əhəmiyyətini nümayiş etdirir.

Tədqiqatçılar Solar Orbiter peyki və Daniel K. Inouye Günəş Teleskopu (DKIST) kimi bu yaxınlarda istismara verilmiş kosmik eksperimentlərin  yaratdıqları yeni fürsətlərdən istifadə edərək Alfven dalğalarının aktuallığını araşdırmağa davam etmək və  Günəşin sirlərini potensial olaraq daha tez açmağa ümid edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 
Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025