Kosmik hava durumu – Proqnoz dövründə Günəş fəallığı çox aşağı olmuşdur. Günəşdə 2824 (N18, L=193) oblastı qərb limbdən daxil olmuşdur. 2827 (N11E29, Cro/beta) sahəsini və ləkələrinin sayını artırmış, nəticədə B sinfinə aid aktivlik əmələ gətirmişdir. Yeni 2828 (S32E33, Axx/alpha) oblastı sakit və stabil olmuşdur. STEREO A COR2-də Yerə yönələn yeni CME (Coronal Mass Ejections-Tac kütlə atılması) müşahidə olunmamuşdur.
Günəşdə alışmaların baş vermə ehtimalı M sinif üçün 1%-dən çox, X sinif üçün 1%, C sinif üçün 20% dən aşağıdır.
Yüklü zərrəciklər – Enerjisi 2 MeV-dən böyük olan elektron seli normal səviyyədə olmuşdur. Enerjisi 10 MeV-dən böyük olan proton seli isə hesabat dövrü ərzində fon səviyyəsinə düşmüşdür.
Günəş küləyi – Hesabat dövründə Günəş küləyinin parametrləri SSBC (Solar Sector Boundary Crossing-Günəş sektorunun dəyişmə sərhəddi) ilə bağlı ehtimal olunan effektlərlə əlaqədar normallaşır. Günəş küləyinin sürəti 30/0838 UTC-də müşahidə olunmuş maksimal 491 km/san.-dən enmiş, lakin 450 km/san.-ə aşağı düşməmişdir. Təqribən 30/1845 UTC-də küləyin sürəti 380 km/san.-ə enmişdir. Sahənin ümumi maqnit intensivliyi 1-5 nTl arasında dəyişir. Bz komponenti isə +4 nTl ilə -3 nTl aralığındadır. Günəş küləyinin sıxlığı stabil qalmaqla 5-10 ppcm olmuşdur. Phi hesabat dövrünün əvvəlində dəyişkən olmuş, 30/0800 UTC-dən sonra əsasən müsbət sektora istiqamətlənmişdir.
Geomaqnit sahə – Geomaqnit sahə son sutka ərzində nisbətən sabit, dəyişkən olacaq.
Kosmik hava proqnozu – Proqnoz dövründə (31 may - 02 iyun) Günəş aktivliyinin aşağı səviyyədə olacağı gözlənilir.
Yüklü zərrəciklər – Gözlənilir ki, enerjisi 2 MeV-dən böyük olan elektron seli proqnoz dövründə (31 may - 02 iyun) normal səviyyədə olacaq. 10 MeV-dən böyük enerjili proton selinin isə proqnoz dövründə fon səviyyəsində qalacağı gözlənilir.
Günəş küləyi – Gözlənilir ki, 31 may tarixində günəş küləyi parametrləri ətraf mühit səviyyəsində olacaq. 01-02 iyun tarixlərində mənfi qütblü CH HSS (Coronal Hole High Speed Stream-Tac dəliyindən yüksək sürətli axın) ilə 28 may tarixdə Günəşdə baş vermiş CME-nin (Coronal Mass Ejection-Tac kütlə atılması) sürüşmə yaradacaq zərbəsinin kombinasiyası nəticəsində normallaşacaqdır.
Geomaqnit sahə – 31 may tarixdə geomaqnit sahə əsasən sakit olacaq. CH HSS təsirindən 01 iyun tarixində geomaqnit sahə G1 (Minor) səviyyəsinə yüksələ bilər. CME effektləri təsiri ilə dəyişkənlik 02 iyun tarixədək davam edə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.