Ekskursiyalar Saytın xəritəsi
AZEN
28 May – Respublika Günü tariximizin ən parlaq səhifələrindəndir - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
28 May – Respublika Günü tariximizin ən parlaq səhifələrindəndir
27.05.2021 10:05 / MÜHÜM HADİSƏLƏR 28 May – Respublika Günü tariximizin ən parlaq səhifələrindəndir

1991-ci ildə öz müstəqilliyini bərpa edən ölkəmiz 1918-1920-ci illərdə iyirmi üç ay ərzində mövcud olan və müsəlman şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hüquqi varisidir. Hələ o dövrdə AXC qədim ənənələrimizi yaşadaraq dövlət təsisatlarının  yaradılmasına nail olmuş, çox mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərərək mütərəqqi hadisələrə imza atmışdır. 1918-ci ildə İstiqlal Bəyannaməsinin elan edildiyi 28 may tarixi 1990-cı ildən etibarən ölkəmizdə Respublika Günü kimi qeyd olunur. Bu əlamətdar gündə Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və xalq cümhuriyyəti hökumətinin bütün üzvlərinin əziz xatirəsi minnətdarlıq hissi ilə xatırlanır, dərin ehtiramla anılır. 

AXC-nin süqutundan sonrakı dövrlərdə  Azərbaycan Sovetlər İttifaqının tərkibində respublika olaraq böyük inkişaf yolu keçdi. Bütün fəaliyyət sahələrində, xüsusən də elmdə dünya əhəmiyyətli nailiyyətlərə imza atıldı, ölkəmizin elm məbədi olan Azərbaycan Elmlər Akademiyası yaradıldı. Dünyaşöhrətli alimlərimizin rəhbərliyi ilə fundamental elmi məktəblər formalaşmağa başladı. Hazırda həmin məktəblərin yetirmələri ölkəmizin hərtərəfli inkişafında öz töhfələrini verməkdədirlər.

Müstəqilliyini yenidən bərpa edən Azərbaycanı siyasi və iqtisadi böhrandan çıxaran Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə  1993-cü ildən etibarən ölkəmizdə daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı. İqtisadi, hərbi və digər sahələrdə hərtərəfli inkişafa nail olan respublikamızın beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artdı. Bir çox aparıcı ölkələrlə iqtisadi əlaqələr quruldu, Azərbaycan Dövlət Neft Şirkəti ilə nüfuzlu şirkətlər arasında birinci neft müqaviləsi imzalandı.  “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafına geniş imkanlar yaratdı. Uğurlu xarici siyasət aparıldı,  müxtəlif ölkələrlə qarşılıqlı faydalı əlaqələr qurularaq inkişaf etdirildi. 

Bu gün beynəlxalq təşkilatlarda uğurla təmsil olunan Azərbaycan artıq dünya birliyində öz layiqli yerini tutaraq nəhəng layihələrə imza atmaqda davam edir.  Azərbaycanın Silahlı Qüvvələri, Milli Ordusu müstəqilliyimizin, dövlətçiliyimizin keşiyində duraraq torpaqlarımızı qoruyur. Bu gün böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyi gündən-günə möhkəmlənməklə yanaşı, sarsılmaz siyasi iradəsini dünyaya nümayiş etdirən Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun rəşadəti nəticəsində ərazi bütövlüyümüz təmin olunur. Ötən il aparılan 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə indi ölkəmizin müstəqillik bayramını ikiqat sevinclə qeyd etməyə əsas verir.

Azərbaycanın dövlətçiliyi, müstəqilliyi əbədidir, sarsılmazdır! Tariximizin ən şanlı və parlaq səhifələrindən biri olan 28 May - Respublika Günü münasibətilə xalqımızı, bütün ölkə vətəndaşlarını təbrik edir, sülh və əmin-amanlıq arzulayırıq, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025