Kosmik hava durumu – Proqnoz dövründə Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəşdə 2824 (N19E52, Hsx/alpha) oblastı yaranmış, sadələşmiş və bu period ərzində aktiv olmamışdır. 2822 (N18W91, Hsx/alpha) oblastı praktik olaraq dəyişməmişdir. 20-0300 UTC-dən STEREO A COR2-də CME (Coronal Mass Ejections-Tac kütlə atılması) müşahidə olunmamuşdur. CME-lərin yaranacağı təqdirdə onlar, koronoqrafda şəklinin alınması ilə araşdırılacaqdır.
Günəşdə alışmaların baş vermə ehtimalı M sinif üçün 1%, X sinif üçün 1%, C sinif üçün 12% dən aşağıdır.
Yüklü zərrəciklər – 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur. 10 MeV-dən böyük enerjili proton seli də hesabat dövrü ərzində fon səviyyəsində qalmışdır.
Günəş küləyi – Hesabat dövründə DSCOVR kosmik apparatı vasitəsi ilə aparılan ölçmələr, Günəş küləyi parametrlərinin fon səviyyəsinə uyğun, normal olduğunu göstərmişdir. Günəş küləyinin sürəti 320-300 km/san., ümumi maqnit sahənin intensivliyi 10 nTl-dan aşağı olmuşdır.
Geomaqnit sahə – Geomaqnit sahə son sutka ərzində sakitdir (Kp=3-2). Maqnit sahəsi 8 nTl, Bz isə 5 nTl olmuşdur.
Kosmik hava proqnozu – Proqnoz dövründə (20-22 may) Günəş fəallığı çox aşağı səviyyədə olacaq. Çox kiçik ehtimalla C sinif alışmalar ola bilər. C sinif alışmalar üçün 10%, M və X sinif üçün 1% proqnozlaşdırılır.
Yüklü zərrəciklər – 2 MeV-dən böyük enerjili elektron selinin proqnoz dövründə (20-22 may) normal səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən böyük enerjili proton selinin proqnoz dövründə fon səviyyəsindən aşağı olacağı gözlənilir.
Günəş küləyi – 20-22 may tarixlərdə CH HSS (Coronal Hole High Speed Streama-Tac dəliyindən çıxan yüksək sürətli axınlar) ilə Günəş parametrləri normal fon qiymətlərində qalacaqdır. 22 may tarixindən başlayaraq zəif artma müşahidə edilə bilər.
Geomaqnit sahə - Proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik (Kp=2-2,5) davam edəcək. Maqnit qasırğasının yaranma ehtimalı 20-22 may tarixləri üçün 1%-dək qiymətləndirilir. Geomaqnit indekslər Afr/Ap-005/005, 006/006 kimi qalacaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.